Google (translit. Quql) — dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-də yerləşən transmilli şirkət. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini AdWords proqramı ilə reklamlardan əldə edir. Şirkət Larri Peyc ve Sergey Brin tərəfindən, Stanford Universitetində doktorantura tələbəsi olduqları vaxt qurulmuşdur. Bu ikili tez-tez Google Guys kimi adlandırılır. Google ilk dəfə 4 sentyabr, 1998-ci ildə özəl bir şirkət olaraq quruldu və 19 avqust, 2004-cü ildə ictimai təklif edildi. İctimai təklif edilən dövrdə Larri Peyc, Sergey Brin və Erik Şmidt, 2024-cü ilə qədər biryerdə işləmək üçün razılığa gəldilər. Quruluşundan sonrakı vəzifəsi dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etməkdir. Qeyri-rəsmi şüarı isə, Google mühəndisi Amit Patel tərəfindən tapılan və Paul Buçet tərəfindən dəstəklənən Don't be evil (azərb. Pis olma)-dır. Şirkət 2006-cı ildə Mauntin Vyu şəhərinə köçmüşdür. Google-un dünyada məlumat mərkəzlərində bir milyondan çox serverdə işlədiyi, bir milyarddan çox axtarış istəyini işlədiyi və istifadəçiləri tərəfindən yaradılan məlumatın bir günə görə 24 petabayt olduğu təxmin edilir. Şirkət, Orkut, Google Buzz ve Google+ kimi sosial şəbəkə alətləri ilə birlikdə e-poçt sistemi olan Gmail-i xidmətə verib. Əlavə olaraq, veb brauzer Google Chrome, şəkil göstərmə və redaktə proqramı Picasa və danışıq proqramı Google Talk ilə masaüstünə qədər uzanır. Bunların xaricində, Android əməliyyat sisteminin inkişafında böyük rol oynamışdır. Cr-48 əsas əməliyyat sistemi olaraq da bilinən Google Chrome OS, 15 iyun, 2011-ci ildən bəri, Samsung Series 5 və Acer AC700 kimi ticarət üçün olan Chromebook-larda istifadə edilir. Alexa, google.com-u internetdə ən çox ziyarət edilən veb-sayt olaraq göstərir. YouTube, Blogger, Orkut kimi Google-a aid digər saytlar və çox sayda beynəlxalq Google saytları (google.co.in, google.co.uk və s.) isə ən çox ziyarət edilən saytlar arasında ilk yüzlüyə daxil olmuşdur. Əlavə olaraq şirkət, BrandZ marka dəyəri məlumat bazası siyahısında ikinci yerdədir. Buna qarşı olaraq Google, məxfilik, müəllif hüquqları kimi mövzularda şikayətlər alır.