6G

6G — 6-cı nəsil kabelsiz mobil şəbəkə texnologiyası.

6G telekommunikasiya sahəsində mobil məlumat şəbəkələrini dəstəkləyən simsiz rabitə texnologiyaları üçün inkişaf edən altıncı nəsil mobil rabitə standartıdır. Mütəxəssislər güman edirlər ki, bu standart 5G-dən əhəmiyyətli dərəcədə daha sürətli olacaq.[1] 6G şəbəkəsi özündən əvvəlkilər kimi, xidmət sahəsinin mobil hücrələr adlanan kiçik coğrafi ərazilərə bölünən genişzolaqlı mobil şəbəkə olacaq. Bir neçə şirkət (Airtel, Anritsu, Apple, Ericsson, Fly, Huawei, Jio, Keysight, LG, Nokia, NTT Docomo, Samsung, Vi, Xiaomi), tədqiqat institutları (Texnologiya İnnovasiya İnstitutu, Universitetlərarası Mikroelektronika Mərkəzi) və ölkələr (ABŞ, Avropa İttifaqı ölkələri, Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, SinqapurBirləşmiş Ərəb Əmirlikləri) 6G şəbəkəsinə maraq göstərirlər.[2][3][4][5][6][7][1][8][9]

6G şəbəkəsi özündən əvvəlki texnologiyalara nisbətən daha fərqli olacaq. Belə ki, hər yerdə mövcud olan ani kommunikasiya, geniş yayılmış intellekt və əşyaların interneti (IoT) kimi cari mobil hücrə istifadə edən nümunələrdən daha çox tətbiqləri dəstəkləyəcəyi gözlənilir.[10] Mobil şəbəkə operatorlarının 6G üçün çevik və mərkəzləşdirilməmiş (desentralizasiya) biznes modelini qəbul edəcəyi gözlənilir. 6G ilə yerli spektrin lisenziyalaşdırılması, spektr və infrastrukturun paylaşılması, mobil periferik hesablama, süni intellekt, qısa paket rabitəsi və blokçeyn texnologiyaları ilə dəstəklənən ağıllı avtomatlaşdırılmış idarəetmə gözlənilir.[11][12][13][14]

2023-cü ildən etibarən, 6G texnologiyası üçün ümumi qəbul olunmuş hər hansı bir dövlət və ya qeyri-dövlət standartı mövcud deyil və lakin inkişaf etmə mərhələsindədir.

  1. 1 2 Fisher, Tim. "6G: What It Is & When to Expect It". Lifewire. 17 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2022.
  2. Khan, Danish. "Airtel, Vi push for work on 6G tech". The Economic Times. January 2022. 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-20.
  3. "Indian Telecom Jio partners with University of Oulu over development of 6G technology". indianexpress. January 21, 2022. October 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2023.
  4. Rappaport, Theodore S. "Opinion: Think 5G is exciting? Just wait for 6G". CNN. 10 February 2020. 17 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2023.
  5. Kharpal, Arjun. "China starts development of 6G, having just turned on its 5G mobile network". CNBC. November 7, 2019. November 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2023.
  6. Andy Boxall; Tyler Lacoma. "What is 6G, how fast will it be, and when is it coming?". DigitalTrends. January 21, 2021. November 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2021.
  7. Li, Jane. "Forget about 5G, China has kicked off its development of 6G". Quartz. 7 November 2019. 12 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2023.
  8. "India to get 6G by 2023 end or 2024, India's communications minister says while the country still waits for 5G rollout". Business Insider. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-28.
  9. "DoT to seek TRAI comment on use of 95GHz-3THz airwaves". TeleGeography. 2022-11-11. 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  10. Dohler, M.; Mahmoodi, T.; Lema, M. A.; Condoluci, M.; Sardis, F.; Antonakoglou, K.; Aghvami, H. Internet of skills, where robotics meets AI, 5G and the Tactile Internet // 2017 European Conference on Networks and Communications (EuCNC). 2017. 1–5. doi:10.1109/EuCNC.2017.7980645. ISBN 978-1-5386-3873-6. 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  11. Saad, W.; Bennis, M.; Chen, M. "A Vision of 6G Wireless Systems: Applications, Trends, Technologies, and Open Research Problems". IEEE Network. 34 (3). 2020: 134–142. doi:10.1109/MNET.001.1900287. ISSN 1558-156X. 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  12. Yang, H.; Alphones, A.; Xiong, Z.; Niyato, D.; Zhao, J.; Wu, K. "Artificial-Intelligence-Enabled Intelligent 6G Networks". IEEE Network. 34 (6). 2020: 272–280. arXiv:1912.05744. doi:10.1109/MNET.011.2000195. ISSN 1558-156X. 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  13. Xiao, Y.; Shi, G.; Li, Y.; Saad, W.; Poor, H. V. "Toward Self-Learning Edge Intelligence in 6G". IEEE Communications Magazine. 58 (12). 2020: 34–40. arXiv:2010.00176. doi:10.1109/MCOM.001.2000388. ISSN 1558-1896. 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  14. Guo, W. "Explainable Artificial Intelligence for 6G: Improving Trust between Human and Machine". IEEE Communications Magazine. 58 (6). 2020: 39–45. doi:10.1109/MCOM.001.2000050. hdl:1826/15857. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.