Bu məqalə Balkan yarımadasında yerləşən ölkə haqqındadır. IV əsr — b.e. 705-ci illərində Cənubi Qafqazda mövcud olmuş tarixi dövlət üçün Qafqaz Albaniyası səhifəsinə baxın. |
Albaniya | |||||
---|---|---|---|---|---|
Republika e Shqipërisë = Albaniya Respublikası | |||||
| |||||
Ti Shqipëri më jep nder, më jep emrin shqipëtar (Mənə şərəf verən Albaniyadır, mənə Alban adını verən Albaniyadır.) |
|||||
Himn: Bayrağın Marşı |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Tirana | ||||
İdarəetmə forması | Parlament respublikası | ||||
Prezident | İlir Meta [24.VII.2017 ~] | ||||
Baş nazir | Edi Rama [10.IX.2013 ~] | ||||
Sahəsi | Dünyada 145-ci | ||||
• Ümumi | 28748 km² | ||||
• Su sahəsi (%) | 4.8% | ||||
Əhalisi | |||||
• Əhali | 3 200 min [1] nəfər (137-ci) | ||||
• Siyahıyaalma (1.X.2011) | 2 800 138[2] nəf. | ||||
• Sıxlıq | 111 nəf./km² (63-cü) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 26.73 milliard dollar (122-ci) | ||||
• Adambaşına | 8 200 dollar (131-ci) | ||||
İİİ (2007) | 0.801 (artış; 68-ci) | ||||
Valyuta | Albaniya leki | ||||
İnternet domeni | .al | ||||
ISO kodu | AL | ||||
BOK kodu | ALB | ||||
Telefon kodu | +355 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Albaniya (alb. Shqipëria və ya Shqipëri), tarixi mənbələrdə Arnaudluq[5], rəsmi adı Albaniya Respublikası (alb. Republika e Shqipërisë) — Balkan yarımadasının cənub-qərbində yerləşən ölkə. Adriatik və İoni dənizləri sahilərində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya və cənubdan Yunanıstan ilə həmsərhəddir. Tirana həm ölkənin paytaxtı, həm də ən böyük şəhəridir, sonrakı böyük şəhərləri arasında Durres, Vlyora və Şkoder yer alır.
Ölkənin 28,748 km2 ərazisində müxtəlif iqlim, geoloji, hidroloji və morfoloji şərait mövcuddur. Albaniya landşaftı ilə əhəmiyyətli müxtəlifliyə malikdir, belə ki burada Alban Alpları, Korab, Skanderbeq, Pind və Keravniya kimi qarlı dağlardan tutmuş Aralıq dənizi boyunca yerləşən Adriatik və İoni dənizlərinin qızmar və günəşli sahilərinə qədər rast gəlmək olar.
Albaniya müxtəlif vaxtlarda illiriyalılar, frakyalılar, yunanlar, romalılar, bizanslılar, venesiyalılar və osmanlılar kimi müxtəlif sivilizasiyaların məskunlaşdığı yer olub. 12-ci əsrdə Albanlar Arberiya muxtar knyazlığını qurdular. Albaniya krallığı və Albaniya knyazlığı 13–14-cü əsrlər arasında formalaşmışdır. Osmanlıların Albaniyanı 15-ci əsrdə zəbt etməzdən öncə İskəndər bəyin başçılıq etdiyi albanların osmanlılara qarşı müqaviməti Avropanın əksər hissəsində rəğbətlə qarşılanırdı. Albaniya beş əsrə yaxın Osmanlı hakimiyyəti altında qaldı və bu müddət ərzində bir çox albanlar (arnautlar kimi də tanınırdılar) imperiyada, xüsusən Cənubi Balkanlarda və Misirdə yüksək vəzifələrə yiyələnmişdilər. 18–19-cu əsrlər arasında həm mənəvi, həm də intellektual güc toplayan albanlara aid edilən mədəni inkişaf Alban İntibahının yaranmasıyla nəticələndi. Balkan müharibələrində Osmanlıların məğlubiyyətindən sonra müasir Albaniya milli dövləti 1912-ci ildə müstəqilliyini elan etdi.[6] 20-ci əsrdə Albaniya Krallığı faşist Almaniyasının protektoratına çevrilməzdən əvvəl Böyük Albaniyanı təşkil edən İtaliya tərəfindən işğal edildi. 20-ci əsrdə Albaniya kralllığı İtaliya tərəfindən işğal edildi və Böyük Albaniya krallığı yarandı, daha sonra isə ölkə Nasist Almaniyasının protektoratına çevrildi.[7] İkinci Dünya müharibəsindən sonra Ənvər Xoca Albaniya Xalq Sosialist Respublikasını yaratdı, ölkədə xocaçılıq ideyalogiyası sürməyə başladı. 1991-ci ildə baş verən çevriliş nəticəsində Albaniyada kommunizmin sonu gəldi və müasir Albaniya Respublikası peydə oldu.
Albaniya unitar parlamentar konsitutsiyonal respublikadır və inkişaf etməkdə olan ölkədir, ölkə iqtisadiyyatında aparıcı rol xidmət sektoruna məxsusdur, önəmcə ikinci sahəsi isə istehsaldır.[8] Ölkə 1990-cı ildə kommunizmin sona çatmasından sonra mərkəzləşdirilmiş planlaşdırmadan bazar əsaslı iqtisadiyyata keçid prosesi ilə üzləşdi.[9][10][11] Albaniya öz vətəndaşlarına universal səhiyyə xidməti və pulsuz ibtidai və orta təhsil təqdim edir.[12] Albaniya BMT, Dünya Bankı, UNESCO, NATO, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkədir. 2014-cü ildən Avropa İttifaqına üzvlüyə rəsmi namizəddir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Aralıq dənizi İttifaqı da daxil olmaqla Enerji Birliyinin qurucu üzvlərindən biridir.
<ref>
teqi; 1.1.13. Popullsia banuese sipas përkatësisë etnike dhe kulturore
adlı istinad üçün mətn göstərilməyib