Batareya — elektrokimyəvi enerji yığıcısı və çevricisidir. Yükləmə zamanı saxlanılmış kimyəvi enerji elektrokimyəvi redoksreaksiyası əsasında elektrik enerjisinə çevrilir. Bu yolla əldə edilən elektrik enerjisi elektrik şəbəkəsindən asılı olmayaraq istənilən yerdə tətbiq oluna bilər.
Yüklənə bilməyən batareyalarda reaksiyaları əksinə aparmaq mümkün deyil. Bir neçə dəfə yüklənə bilən batareyalarda (akkumlyatorlar) isə reaksiyalar həm də əksinə aparıla bilər.
Beləliklə kimyəvi və elektrik enerjilərini bir-birinə çevirmək dəfələrlə mümkün olur.
Bataerya anlayışı bir neçə qalvanik hücrələrin birlikdə işləməsini təsvir edir. Tətbiq sahəsindən asılı oaraq batareyalar müxtəlif gücə, cərəyan şiddətinə, gərginliyə malik olurlar.
Batareya ilk dəfə olaraq XVIII əsrdə italyan fiziki Alessandro Volta tərəfindən ixtira edilmişdir.
Elektrik keçiriciliyi üçün kifayət qədər ionları olan demək olar ki, hər hansı bir maye və ya nəm obyekt hüceyrə üçün elektrolit rolunu oynaya bilər. Bir yenilik və ya elmi nümayiş kimi limon,[1] kartof,[2] və s.-yə müxtəlif metallardan hazırlanmış iki elektrod daxil etmək və az miqdarda elektrik enerjisi istehsal etmək mümkündür.
Voltaik yığın iki sikkədən (məsələn, nikel və qəpik kimi) və duzlu suya batırılmış bir kağız dəsmaldan hazırlana bilər. Belə bir yığın çox aşağı gərginlik yaradır, lakin bir çoxları ardıcıl olaraq yığıldıqda, onlar qısa müddətə normal batareyaları əvəz edə bilirlər.[3]