DHCP (Dynamic Host Configuration Protocol) - Dinamik IP adresilərini kompüterlərə paylayan bir xidmət növüdür. UDP 67 və 68 portlarını istifadə edir.
Dynamic Host Configuration Protocol - yararları
- IP Adresləri avtomatik olaraq kompüterlərə paylanır.
- Böyük şəbəkələrdə İP toqquşmalarının qarşısı alınmış olur.
- Şirkət içərisində tez-tez yerini dəyişən kompterlər üçün İP dəyişmə çətinliyini aradan qaldırır.
- Wins, Gateway, Dns və s. kimi məlumatları birbaşa Server üzərindən daxil etmək imkanı yaradır.
Dynamic Host Configuration Protocol - işləmə mexanizması.
DHCP Server və DHCP Client-lər İP alış-verişini 4- addımda gerçəkləşdirir.
- DHCP Discovery
- DHCP Offer
- DHCP Request
- DHCP Acknowledgment
- 1.DHCP Discovery – Şəbəkəyə daxil olmuş yeni kompüter bir İP adresi axtarışına çıxar. DHCP Discovery paketi broadcast olaraq (255.255.255.255, FF:FF:FF:FF:FF:FF) şəbəkəyə göndərilir.
- 2.Bu paketləri alan DHCP Server DHCP Offer –lə ip adresi, subnetmask və icarə müddəti kimi informasiyaları həmin kompüterə göndərərək, onun DHCP Discovery – paketinə cavab verir.
- 3.İP - istəyi üçün müraciət etmiş kompüter DHCP Offer-ə DHCP Request –lə cavab verir. Bu cavabdan sonra DHCP Server – həmin kompüterə təklif etdiyi İP- adresini icarə müddəti boyunca öz məlumat bazasına qeydiyyat edər.
- 4.Bunun ardından DHCP Server İP - istəyi üçün müraciət etmiş kompüterə əməliyyatın uğurla başa çatdığına dair cavab paketi olaraq DHCP Acknowledgment (ACK) – paketini gönədərir. Bu paketlə birlikdə İP - istəyi üçün müraciət etmiş kompüterə əgər varsa Gateway, DNS , Wins və s. kimi informasiyalar son olaraq çatdırılmış olur.Əgər əməliyyat uğurlu nəticələnməsə DHCP Server ACK yerinə NACK(Negative Acknowledgment) paketini həmin kompüterə göndərir və yuxarıda sadaladığımız əməliyyatlar yenidən başlamış olur.