Dil

Bu məqalə ünsiyyət vasitəsi olan dil haqqındadır. Digər mənalar üçün Dil (dəqiqləşdirmə) səhifəsinə baxın.
Mixi yazı, tanınan ən qədimi yazı növlərindən biridir. Dilin yazıya geçməsindən əvvəl, bu yazıların tarixindən hətta minlərcə il əvvəl də danışıldığı qəbul edilir.

Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem.

O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir.

Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir.