Bu məqalə aşağıdakı məqalələr silsiləsinə aiddir: |
Videooyunlar |
---|
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.