Fobiya

Fobiya
XBT-10-KM F40, F40.9
XBT-9-KM 300.20[1]
OMIM 608251
MedlinePlus 000956
MeSH D010698
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fobiya (yunanca φόβος — fobos (qorxu)) — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s.

Göstəriciləri - ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi.

Üç yerə bölünür:

  • 1.Aqorafobiya — küçə, meydan, bazar, teatr, kino, tünel və sair bu kimi yerlərdən qorxurlar. Çox vacib olduqda belə yerlərə ailə və dostları ilə gedirlər.
  • 2.Spesifik fobiya — heyvanlardan (özü də təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən qorxurlar.
  • 3.Sosial fobiya — daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadə etməkdən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən qorxurlar.

Fobiyalar müxtəlif yaşlarda başlaya bilər. Geniş yayılmış əsəb pozuntularıdır: fobiyalardan əhalinin 15-18%-i əziyyət çəkir[2]. Fobiyaların aşkar edilməsində Zanqın özünüqiymətləndirmə təşviş cədvəli istifadə edilir.

Müalicəsi psixoterapiya yolu ilə mümkündür. Bəzən dərman preparatlarının köməyi ilə də müalicə oluna bilirlər.

  1. Disease Ontology (ing.). 2016.
  2. "Təşviş pozuntuları: fobiyalar, panik hücumlar: əsas simptomlar, təşviş və fobiyalar testi, müalicə, psixoterapiya". 2010-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-31.