Fransa Respublikası (fr. République Française), yaxud qısaca Fransa, köhnə mənbələrdə Firəngistan[6] — Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir.
Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərindən sayılır.
Kontinental Fransa cənubda Aralıq dənizindən şimalda La-Manş və Şimal dənizinə, şərqdə Reyn çayından qərbdə Atlantik okeanına qədər uzanan torpaqlarda yerləşir. Fransızlar torpaqlarının formasına görə ölkələrini altıbucaqlı (fransızca: L'Héxagone, "l'e-gza-gon" kimi oxunur) adlandırırlar.
Fransa idarəetmədə yarı prezident sistemi olan unitar dövlətdir. Ölkənin əsas prinsipləri və idealları İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində izah edilir.
Xaricdəki əyalətlərində o, həmçinin Fransız Qvianası vasitəsilə Braziliya və Surinamla və Saint Martin adası vasitəsilə Hollandiya Antilləri ilə həmsərhəddir. Fransa Böyük Britaniya ilə La-Manş boğazında dəniz səthinin altından keçən Manş Tuneli ilə bağlıdır.
XVII əsrin ikinci yarısından başlayaraq Fransa beynəlxalq münasibətlər sahəsində dünyanın aparıcı dövlətlərindən biri olmuşdur. 18–19-cu əsrlər arasında Fransa dövrün ən böyük müstəmləkə imperiyalarından birini qurdu. Bu dövrlərdə Fransanın sərhədləri Qərbi Afrikadan Cənub-Şərqi Asiyaya qədər uzanaraq təsir etdiyi bölgələrdəki cəmiyyətlərin mədəniyyətində və siyasətində özünəməxsus izlər buraxmışdır.
Dünyada 6-cı olan nominal ümumi daxili məhsul və 7-ci olan alıcılıq qabiliyyəti pariteti ilə inkişaf etmiş iqtisadiyyata malikdir və inkişaf etmiş ölkələr sinfindədir.
Fransa, ölkədə iyirmi dörd saatdan az qalanlar, o cümlədən işgüzar səfərlər üçün gələnlər istisna olmaqla, ildə təxminən 82 milyon turistlə dünyanın ən çox ziyarət edilən ölkəsidir.
Fransa Avropa İttifaqı adlı siyasi və iqtisadi təşkilatın qurucu üzvlərindən biridir və birliyə üzv ölkələr arasında ən böyük əraziyə malikdir. Ölkə həm də Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biridir; Frankofoniya həm də G8 sammitlərinin, Latın İttifaqının və NATO-nun iştirakçısıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. 360 effektiv döyüş başlığı və 59 atom elektrik stansiyası ilə mühüm nüvə enerjisidir