| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | Hidrogen, H, 1 | |||||
Qrup, Dövr, Blok | 1,7, 1, s | |||||
Xarici görünüşü | rəngsiz qaz | |||||
Atom kütləsi | 1.00795 q/mol | |||||
Elektron formulu | 1s1 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) 0.08988 q/L | |||||
Ərimə temperaturu | -259.14 °C (14.01 K, −434.45 °F) | |||||
Qaynama temperaturu | −252.87 °C (20.28 K, −423.17 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Hidrogen (H) (yun. ὑδρογόνο tələffüzü idrogono – "su hazırlayan, su edən"), köhnə azərbaycandilli mənbələrdə müvəllidülma (az.-əski. مولدالما)[1][2] — D. İ. Mendeleyevin dövri cədvəl sistemində 1-ci elementdir. Nisbi şəraitdə rəngsiz, qoxusuz, qeyri-metal, dadsız, asan yanan, havadan 14.5 dəfə yüngül, suda pis həll olan və H2 molekullarından ibarət qazdır. 1.00794 q/mol-a bərabər olan atom kütləsi ilə bütün elementlər arasında ən yüngül elementdir.