Homer | |
---|---|
q.yun. Ὅμηρος | |
Doğum adı | Ὅμηρος |
Doğum tarixi | təq. e. ə. IX əsr[1] |
Doğum yeri |
|
Vəfat tarixi | təq. e. ə. VIII əsr |
Fəaliyyəti | şair, müəllif, yazıçı |
Əsərlərinin dili | qədim yunan dili |
Janr | epos |
Tanınmış əsərləri | |
Homer Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Homer (təq. e. ə. IX əsr[1], bilinmir – təq. e. ə. VIII əsr) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir. Antik mənbələrdə gəzərgi kor şair Homerin real obrazı fantastik uydurmalarla çulğaşır ki, bu da onun haqqında dürüst məlumatın olmadığını göstərir. Homerin vətəni olmaq şərəfi uğrunda 7 şəhər (Smirna, Rodos, Xios, Kolofon, Salamin, Arqos, Afina) mübahisə aparmışlar. Antik dövrdə Homer adı bəzən ümumiləşdirilmiş şəkildə rapsodların ifa etdikləri epik nəğmələrin müəllifi mənasında da işlədilmişdir. Sonralar "İliada" və "Odisseya" epik poemalarının, habelə "Homer himnləri"nin və "Margit" komik poemasının müəllifliyi ona isnad edilmişdir. "İliada" və "Odisseya" Qədim Yunanıstanın sosial münasibətlərini, mənəvi mədəniyyətini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir. Homerin şəxsiyyəti və yaradıcılığı ilə bağlı problemlərlə əlaqədar geniş yayılmış və indiyədək həll olunmamış mübahisələr ədəbiyyatşünaslıqda "Homer məsələsi" adı almışdır.