ICANN ICANN[1] | |
---|---|
Növü | qeyri-kommersiya təşkilatı[d] |
Yaranma tarixi | 18 sentyabr 1998 |
Mərkəzi | |
Üzvləri |
|
icann.org icann.org/ar icann.org/fr icann.org/ru icann.org/es icann.org/zh |
|
Vikianbarda əlaqəli mediafayllar |
İnternet |
---|
İnternet portalı |
ICANN – 1998-ci ildə ABŞ Ticarət Nazirliyi tərəfindən yaradılmış qeyri-kommersiya qurumu. Üst səviyyə domen (TLD) adlarının verilməsinə nəzarət edir, İnternetin ünvan fəzasına, protokolların parametrlərinin müəyyənləşdirilməsinə, domen adları sisteminə və kök serverləri sisteminə cavabdehlik daşıyır. ICANN yaradılmamışdan öncə bu məsələləri bir-biri ilə bağlı olmayan bir neçə agentlik həll edirdi.
İCANN tərəfindən 1999-cu ildə UDRP (domenlər haqqında mübahisələri araşdıran vahid siyasət) qəbul edilmişdir. Buradakı sənədlər vasitəsilə bəd niyyətlə domen adların qeydiyyatı məsələlərinə baxmaq məqsədini daşıyan məhkəmə xaricində mübahisələrinin nizama salınması sistemi yaradılmışdır.
Göstərilən sənədlərin qüvvəyə minməsi anından başlayaraq, domenlərlə bağlı mübahisələri araşdıran bir neçə mərkəz akkpeditə edilmişdir. Baxılan mübahisələrin 90%-i Arbitraj-vasitəçi mərkəz – Ümumdünya intelektual mülkiyyət təşkilatı (World Intelectual Property Organitation, WIPO) və Milli Arbitraj Form (National Arbitration Forum) kimi təşkilatların payına düşür.
Dünyada 14 regional ünvan idarəetmə sistemi serveri vardır. Onlardan 10-u ABŞ-də, 3-ü Avropada və 1-i, sonuncu yaradılan, Azərbaycanda yerləşir.[3] İstənilən domenin kim tərəfindən qeydiyyatdan keçdiyini bilmək üçün ikinci səviyyəli NIC (Network Information Center) adı ilə ona müraciət etmək olar, məsələn, nic.az, nic.ru, nic.kz və s.[4]