I Ceyms | |
---|---|
ing. James I (VI) | |
Şotlandiya kralı | |
24 iyul 1567 – 27 mart 1625 | |
Əvvəlki | Mariya Stüart |
Sonrakı | I Karl |
24 mart 1603 – 27 mart 1625 | |
Əvvəlki | I Elizabet |
Sonrakı | I Karl |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Edinburq qalası, Şotlandiya |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat səbəbi | dizenteriya |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, monarx, əsilzadə |
Atası | Henri Stüart |
Anası | Mariya Stüart |
Həyat yoldaşı | Danimarkalı Anna |
Uşaqları |
Henri Frederik Elizabet Stüart I Karl |
Ailəsi | Stüartlar |
Dini | anqlikanizm[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
I Ceyms (ing. I James of England; 19 iyun 1566[1], Edinburq qalası – 27 mart (6 aprel) 1625) — Şotlandiya, İngiltərə və İrlandiya kralı, Stüartlar sülaləsindən İngiltərə taxtına çıxan ilk kral. 24 mart 1603-cü ildən Şotlandiya və İngiltərə birləşdi; parlament, məhkəmə və qanunvericilik strukturu bütövlükdə I Ceymsin əlində cəmləndi.
I Ceyms həm Şotlandiya kraliçası Mariya Stüartın oğlu, həm də İngiltərə və İrlandiya kralı VII Henrinin kötücəsi idi. Buna görə də hər üç taxtda pay sahibi idi. Hələ 13 aylıq bir körpə ikən anası taxtdan geri çəkilmiş və oğlunu Şotlandiya kralı elan etmişdir. 12 yaşınadək ölkəni 4 müxtəlif taxt naibi idarə etdi. 1578-ci ildə hakimiyyətə özü keçsə də, 1583-cü ilədək dövlət idarəsini tam olaraq ələ ala bilmədi. 1603-cü ildə ardında vəliəhd buraxmadan vəfat edən İngiltərənin son Tüdor hökmdarı olan I Elizabet vəfat etdi və I Ceyms onun taxtını da ələ keçirdi. Beləliklə, tarixdə Yakobin dövrü adlanan və hər 3 ölkənin birləşdiyi 22 illik bir dövr başladı. Taxt-tacın birləşdirilməsindən sonra, İngiltərəyə köç etdi və özünü "İngiltərə və İrlandiya kralı" olaraq elan etdi. Bundan sonra, yalnız 1617-ci ildə Şotlandiyaya geri qayıtdı. O, İngiltərə və Şotlandiya üçün vahid bir parlament strukturunun yaradılması tərəfdarı idi. Onun hakimiyyəti illərində, Şimali İrlandiya və Amerika qitəsinin bir hissəsi Britaniyanın müstəmləkəsinə çevrildi.
I Ceyms Şotlandiyadakı 57 il 246 günlük səltənəti ilə sələfləri arasında ən uzun müddət taxtda qalan hökmdar kimi tarixdə anılır. Şotlandiyadakı arzularının çoxunu həyata keçirsə də, İngiltərədə bir çox çətinliklərlə qarşılaşdı. Məsələn, 1605-ci ildəki Barıt sui-qəsdi. I Ceymsin səltənət illərində Uilyam Şekspir, Ben Conson və Frensis Bekon kimi ədiblərlə I Elizabet dövrünün "Qızıl çağı" inkişaf etməyə davam etdi. I Ceymsin özü də "Daemonologiya" (1597), "Müstəqil monarxiyaların həqiqi qanunları" (1598) və "Basilikon Doron" (1599) adlı əsərlərin müəllifi kimi bacarıqlı bir elm insanı idi. Bundan başqa o, İncilin yeni bir tərcüməsini maliyyələşdirdi.