Kastor - Əkizlər bürcünün α ulduzu. Adını mifologiyadakı əkiz döyüşçülərdən biri olan Kastoradan almışdır. Digəri olan Polluks Əkizlər bürcünün β ulduzudur. Çılpaq gözlə Kastor tək görünsə də müasir teleskoplarla onun əslində üç ulduzdan ibarət olduğunu müşahidə etmək olar. Bu ulduzlar sıra ilə Kastor A, B və C adlandırılmışdır. Daha da maraqlısı bu üç ulduzun hər birinin spektroskopik qoşa ulduz olduğu kəşf edilmişdir. Yəni əslində Kastor altı ulduzdan ibarət bir sistemdir.
Alpha Geminorum (α Geminorum, qısaldılmış Alpha Gem, α Gem) olaraq ifadə edilən Castor, Əkizlər bürcünün ən parlaq ulduzu və gecə səmasındakı ən parlaq ulduzlardan biridir. Baxmayaraq ki, 'Alfa' identifikatoruna malikdir, Beta Geminorum'dan (Pollux) daha zəifdir.
Kator , James Pound tərəfindən 1718-ci ildə qoşa ulduz kimi qeydə alınmışdır. 1678-ci ildə Cassini tərəfindən həll edilmiş ola bilər. İki ulduzun ayırdetməsi 1970-ci ildən[7] 2017-ci ilə[8] kimi 2 " bucaq saniyəsindən 6" bucaq saniyəsinə kimi artmışdı. Bu iki ulduzun ulduz ölçüləri 1.9 və 3.0 ulduz ölçüsüdü.
Üçüncü ulduz əsas komponetlərdən 73 " uzaq məsafədə yerləşir[8]. Parlaqlğının müntəzəm dövrlə dəyişilməsi kəşf edildi və tutulan qoşa ulduz olması hesab edildi, ancaq hər iki ulduzun səthində müxtəlif parlaqlıq sahələri olması səbəbiylə bu dəyişkənlik hələ də nəzərdən keçirilir. Birinin ya da hər iki ulduzun səthində. Dəyişən ulduz YY Geminorum[9] adı verildi.
Vizual komponentlərdən üçü də spektroskopik qoşadır və Kastor altı ayrı ulduzdan ibarət olan misilli ulduz sistemidir. Kastor A və B nin hər ikisi zəif komponentlərlə birlikdə bir neçə günlük orbitlərə malikdir. . Kastor C-nin komponetləri isə 1 gündən az orbitə malikdir. Kastor C parlaq cüt ətrafında orbitdə olduğuna inanılırdı, ancaq ən uzun period bir neçə min ildir.
Altı ulduzun bütövlükdə görülən ulduz ölçüsü + 1.58m-dir[8].
↑Torres, Guillermo; Ribas, Ignasi (2002). "Absolute Dimensions of the M‐Type Eclipsing Binary YY Geminorum (Castor C): A Challenge to Evolutionary Models in the Lower Main Sequence". The Astrophysical Journal. 567 (2): 1140–1165. Bibcode:2002ApJ...567.1140T. ISSN 0004-637XArxivləşdirilib 2009-09-08 at the Wayback Machine. arXiv:astro-ph/0111167 . doi:10.1086/338587.