Kondor Legionu | |
---|---|
Legion Condor | |
| |
Növü | Hərbi-hava birləşməsi |
Yaranma tarixi | İyul 1936 – Mart 1939 |
Ölkə | III Reyx |
Tabedir | Vermaxt |
Daxildir | Lüftvaffe |
Sayı | rotasiya qaydasında 20 000 nəfər |
Qərargah | İspaniya |
Təchizatı |
Təyyarələr: bombardmançı: Junkers Ju 52, Heinkel He 111, Junkers Ju 87 "Stuka" qırıcı: Heinkel He 51, Messerschmitt Bf 109 kəşfiyyatçı: Heinkel He 99, Heinkel He 70 |
Müharibələr | İspaniya vətəndaş müharibəsi |
Döyüşlər | |
Komandanlıq | |
Məşhur komandirləri |
Hüqo Şperrle Vilhelm Ritter fon Toma |
Vikianbarda əlaqəli mediafayllar |
Kondor Legionu (alm. Legion Condor) — alman könüllü hərbi-hava qüvvələri birləşməsi; Vermaxtın hərbi aviasiyası Lüftvaffenin (Luftwaffe) bölüyü. Adolf Hitlerin istəyi ilə İspaniya vətəndaş müharibəsində Fransisko Frankonun rəhbərlik etdiyi nasionalistlərə yardım etmək məqsədilə respublikaçılara qarşı hərbi əməliyytlarda iştirak etmək üçün göndərilmişdir. Hitler bu müdaxiləyə "bolşevizm əleyhinə mübarizə" adı altında haqq qazandırırdı. Legion hər birində 12 təyyarə olmaqla 4 bombardman və 4 qırıcı təyyarə eskadrasından, həmçinin hava hücumundan və tank hücumundan müdafiə qüvvələrindən ibarət idi.
Kondor Legionu 5 min nəfər hərbi və mülki mütəxəssisdən (aviamühəndislər, texniklər, tibb işçiləri) təşkil olunmuşdu. Legionun hava birliklərinə general-feldmarşal Hüqo Şperrle, digər birliklərə isə general Vilhelm Ritter fon Toma rəhbərlik edirdilər.