Lua | |
---|---|
Paradiqmalar | Obyekt yönümlü proqramlaşdırma |
Yaradılma tarixi | 1993[2] |
Fayl sonluğu |
.lua [3][4], .luna , .lunaire və ya .anair |
Sonuncu versiyası |
|
Təsirlənib | C++, SNOBOL, Modula-2, Scheme |
Əməliyyat sistemi | kross-platforma[5] |
lua.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Lua — yüngül, multi paradiqmalı, proqramlaşdırma dili olub qurulan sistemlərdə istifadə üçün dizayn edilmişdir. Lua, interpretatoru ANSI C dilində yazıldığı üçün kross platformdur və nisbətən sadə C APİsinə malikdir.
Lua ilkin olaraq 1993-cü ildə həmin dövrün artan proqram nizamlama tələbini qarşılamaq üçün tətbiqi proqramları genişləndirən dil kimi dizayn edilmişdi.
İdeologiya və tətbiqinə görə Lua JavaScript-ə daha yaxın olsa və prototipli OOP modelini tətbiq etsə də, Paskala-bənzər sintaksisi, daha güclü və çevik konstruksiyaları ilə fərqlənir. Luanın xarakterik xüsusiyyəti minimum sintaksis ilə çox sayda proqram obyektini tətbiq edə bilməsidir. Belə ki, bütün əsas istifadəçi məlumat növləri (massivlər, strukturlar, çoxluqlar, sıralar, siyahılar) cədvəl mexanizmi ilə, obyekt yönümlü mexanizmlər isə meta cədvəllər ilə reallaşdırılır.