Mobil telefon

1992-ci ildə buraxılan Motorola 8900X-2-dən 2014-cü ildə buraxılan iPhone 6 Plus-a qədər mobil telefonlarının təkamülü

Mobil telefon — rabitə vasitəsi. Ən çox şəbəkəli danışma üçün işlədilir.

Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis [1]Martin Kuperin adı ilə bağlıdır.

Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.

Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.

Qeyd edək ki, mobil telefondan normadan çox istifadə etmək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.

  1. Kuper, Martin. "Martin Kuper".