Monako adı Münhen şəhərinin italyanca deyilmə şəklidir. Paytaxtı Monako-Vill, ən böyük rayonu Monte-Karlo, ümumi sahəsi 2.02 kvadrat kilometrdir. Monako dünyada ən kiçik fransızdilli ərazi sayılır.
1911-ci il konstitusiyasına görə
Monte-Karlo — Monakonun şərq və şimal-şərqini əhatə edir, kurort və kazino ərazisi kimi məşhurdur.
Monte-Karlonun 20 hotelində dünyanın müxtəlif dillərində danışan qonaqlara rast gəlmək mümkündür. Monako Knyazlığı öz qonaqlarını 7 əsrlik zəngin qəhrəmanlıq hadisələri ilə dolu Qrimaldi ailəsinin tarixi ilə tanış edir. Köhnə şəhər üzərində ucalan knyaz sarayı öz memarlığı və hər gün düz günorta baş verən gözətçi dəyişikliyi ilə məşhudur. Sarayın ətraflarında isə digər görməli yerlər var; qeyri-adi akvariuma malik Okeanoqraf muzeyi, həmişə yaşıl Ekzotik bitkilər bağı, Monte-Karlo kazinosu, Dəniz muzeyi, kino muzeyi, Monako knyazının köhnə avtomobillər kolleksiyası ekspozisiyası və s.
Monte-Karlo incəsənətlə yaşayır. Burada hər il müxtəlif sərgilər, solo və filarmonik konsertlər keçirilir, dünyanın müxtəlif yerlərindən gəlmiş məşhur opera müğənniləri və balet truppaları çıxış edirlər.
Monte-Karlonun Knyaz sarayı çoxəsrlik adət-ənənənin mühafizəkarıdır. Saray 1215-ci ildə Genuya qalasının yerində tikilmişdir. Sarayın qabaq hissəsini tutan, XVI (16-cı) əsr Genuya rəssamlarının əsərlərindən ibarət italyan qalereyası, Lüdovik XV (15-ci) qonaq otağı öz gözəlliyi ilə seçilir. Qışda qara, yayda ağ parad formasına malik karabiner gözətçilərinin növbə dəyişməsi hər gün saat 11:55-də təntənəli surətdə həyata keçirilir.
Monte-Karloda idman: Monte-Karlo burada keçirilən idman hadisələri ilə də tanınmışdır: məşhur Formula 1 Qran-Pri yarışları, tennis üzrə bütün dünyada məşhur "Open" turniri, at yarışları, yaxta yarışları, müxtəlif yarışlar və çempionatlar. Aktiv istirahət həvəskarları su xizəyi və motosikl, yelkən qayıqları və vindserfinq ilə də məşğul ola bilərlər. Məşhur Kantri-Klubun tennis kortları və dəniz səviyyəsindən 1.890 m hündürlükdə yerləşən qolf meydançası ilin fəslindən asılı olmayaraq hamı üçün açıqdır.
↑Монако кнјазлығы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 41.