Bu məqaləni vikiləşdirmək lazımdır. |
Monqolustan | |||||
---|---|---|---|---|---|
Монгол улс | |||||
| |||||
Go Nomadic, Experience Mongolia, Crwydrwch a Phrofwch Mongolia | |||||
Himn: Monqolustan himni Mongol ulsyn töriin duulal |
|||||
Tarixi | |||||
• Müstəqillik | 29 dekabr 1921 | ||||
• Monqolustan Xalq Respublikasının elanı | 26 noyabr 1924 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Ulan-Bator | ||||
İdarəetmə forması | Prezident respublika | ||||
Prezident | Uxnaagiyn Xürelsüx [25.VI.2021] | ||||
Baş nazir | Luvsannamsrain Oyun-Erdene [27.I.2021] | ||||
Sahəsi | Dünyada 18-ci | ||||
• Ümumi | 1566000 km² | ||||
• Su sahəsi (%) | 0.43 | ||||
Əhalisi | |||||
• Əhali | 3,081,677[1] nəfər (134-cü) | ||||
• Siyahıyaalma (10.XI.2010) | 2 754 685[2] nəf. | ||||
• Sıxlıq | 1.97 nəf./km² (238-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 36.6 milyard dollar | ||||
• Adambaşına | 11,024 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2015) | 12.5 milyard dollar | ||||
• Adambaşına | 4,353 dollar | ||||
İİİ (2014) | 0.727 (artış; 90-cı) | ||||
İnternet domeni | .mn[3] | ||||
ISO kodu | MN | ||||
BOK kodu | MGL | ||||
Telefon kodu | +976[3] | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Monqolustan (monq. Монгол Улс) — Şərqi Asiyada dövlət. Monqolustanın ərazisi Xarici Monqolustanın tarixi ərazisi ilə təxminən eynidir və bu termin bəzən mövcud vəziyyətə istinad etmək üçün istifadə olunur. Şimalda Rusiya, cənubda (Sincan-Uyğur Muxtar Rayonu, Qansu, Daxili Monqol Muxtar Rayonu) həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ulan-Bator şəhəri, ümumi sahəsi 1,566,000 kvadrat kilometrdir. Monqolustan Qazaxıstanla bir sərhədi bölüşmür, baxmayaraq ki, onları yalnız 37 kilometr (23 mil) ayırır.
Çingiz xanın vətəni olan, Orxon abidələrinin yerləşdiyi Monqolustanda mədən sənayesi, kənd təsərrüfatı və turizm sahələri ciddi potensiala malikdir, təbii zənginlikləri ilə seçilir. Şimaldan Rusiya, cənubdan Çinlə həmsərhəddir, 3 milyon nəfər əhalisi, 1,5 milyon km² ərazisi var.[5] Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı üç milyon nəfərdir. Monqolustan, həmçinin dənizə çıxışı olmayan ölkələr arasında sahəsinə görə Qazaxıstandan sonra ikinci ən böyük ölkədir. Əhalinin təqribən yarısı paytaxt və ən böyük şəhər olan Ulan-Bator şəhərində yaşayır.
Ölkə əhalisinin əksər hissəsi etnik monqollardan ibarətdir, lakin qazaxlar və tuvalar da xüsusilə ölkənin qərbində etnik azlıq təşkil edirlər.
Monqolustan 1997-ci ildən etibarən Ümumdünya Ticarət Təşkilatının üzvüdür.