Onore de Balzak | |
---|---|
fr. Honoré de Balzac | |
Təxəllüsü | Horace de Saint-Aubin[4], Lord R’Hoone, Viellerglé, Saint Aubin[4] |
Doğum tarixi | 20 may 1799[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 avqust 1850[3][1][…] (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qanqren |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | romançı, ədəbiyyat tənqidçisi, yazıçı, nasir, jurnalist, incəsənət tənqidçisi[d], esseist, dramaturq, naşir |
Fəaliyyət illəri | 1829-cu ildən |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | ədəbi realizm |
Tanınmış əsərləri | |
Mükafatları | |
Onore de Balzak Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Onore de Balzak (20 may 1799[1][2][…], Tur, Birinci Fransa Respublikası[5][6][…] – 18 avqust 1850[3][1][…], Paris, İkinci Fransa Respublikası[5][6][…]) — XIX əsr görkəmli fransız yazıçı: dramaturqu, ədəbiyyatşunas, sənətşunas, esseist, jurnalist, naşir. Avropa ədəbiyyatında realizmin banilərindən biri[8]. Balzakın ən böyük əsəri yazıçının müasir fransız cəmiyyətinin həyatının mənzərəsini çəkən "İnsan komediyası" roman və hekayələr silsiləsidir. Balzakın yaradıcılığı Avropada çox məşhur idi və sağlığında ona 19-cu əsrin ən böyük nasirlərindən biri kimi şöhrət qazandırdı. Balzakın əsərləri Çarlz Dikkens, Fyodor Dostoyevski, Emil Zolya, Vilyam Folkner və başqaları kimi böyük yazıçıların yaradıcılığına təsir göstərmişdir.