Pablo Pikasso | |
---|---|
isp. Pablo Picasso | |
Doğum adı | Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Ruiz y Picasso[4] |
Doğum tarixi | 25 oktyabr 1881[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 aprel 1973[3][2][…] (91 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağ ciyərin ödemi, ürək çatışmazlığı |
Fəaliyyəti | rəssam, heykəltaraş, qrafik dizayner, rəssam-qravürçü[d], xoreoqraf, keramikaçı, plakatçı rəssam[d], illüstrasiyaçı[d], fotoqraf, kostyum dizayneri[d], dizayner, zərgərlik dizayneri, qrafika ustası[d], memarlıq çertyojçusu[d], kollaj hazırlayan[d], səhnə dizayneri, boyakar[d], ssenarist, vizual incəsənət rəssamı, incəsənət xadimi |
Təhsili | |
Janrlar | qrafika, Keramika, avtoportret[7], portret[7], nü[7], tarix rəssamlığı[7], mifologiya rəssamlığı[d][7], Animalistika[7], abstraksionizm[7], peyzaj[7], Marina[7], natürmort[7], vanitas[7] |
Stillər | kubizm[7], sürrealizm, postimpressionizm |
Tanınmış işləri | |
Tələbəsi | Kulo Qrin[d] |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Pablo Ruiz Pikasso (isp. Pablo Ruiz Picasso; 25 oktyabr 1881[1][2][…], Malaqa, Əndəlüs, İspaniya[3][5][…] – 8 aprel 1973[3][2][…], Mujen[6]), tam adı Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Sipriano de la Santisima Trinidad Martir Patrisio Ruiz i Pikasso (isp. Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Martyr Patricio Ruíz y Picasso) — ispan, fransız rəssamı, heykəltaraşı, qrafiki, keramisti və dizayneri, XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri. Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirlimiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir.
Ən məşhur əsərləri sırasında erkən-kubist "Avinyonlu qızlar" (Les Demoiselles d'Avignon, 1907) və İspaniya vətəndaş müharibəsi zamanı dinc Gernika şəhərinin alman Kondor Legionu tərəfindən bombalanmasına həsr edilmiş "Gernika" (Guernica, 1937) əsəri xüsusi qeyd edilə bilər.
Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişmişdir. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltaraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu XX əsr incəsənətinin ən məşhur şəxsiyyəti edib.