Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
|
Pandeizm ya da Pan-deizm (latınca: pan — bütün; deus — tanrı) — panteizmin deistik forması (və ya deizmin panteistik forması).
Deizm (yaradançılıq) XXVII əsr və XXVIII əsrdə İngiltərə, Fransa və ABŞ-də diqqətə çarpan dini bir fəlsəfi hərəkatdır. Pandeizmə aid ən əhatəli kitab 1910-cu ildə Maks Bernhard Ueynşteyn tərəfindən yazılmışdır.
Panteizm ya da tamtanrıçılıq isə kainatın hamısını tanrı olaraq qəbul eden fəlsəfi görüşdür. Panteizmdə hər şey tanrının bir parçası olaraq qəbul edilir, tanrı hər şeydir və hər şey tanrıdır. Panteizmə görə tanrının kainatdan ayrı və müstəqil bir varlığı yoxdur. Tanrı təbiətdə, əşyalarda, insan dünyasında vardır. Hər şey tanrıdır.
Deistlər əsasən fövqəltəbii hadisələri (kəhanət və yaxud da möcüzələr), yaradanın dinlərlə olan əlaqəsini, Müqəddəs Kitabları və ortaya çıxmış olan bütün dinləri rədd edirlər. Bunun yerinə deistlər doğru dini inanışların insan məntiqində və təbii Dünyanın qanunlarında görməyi seçirlər. Deistlər var olan tək bir tanrının ya da üstün varlığı qəbul edirlər. Ancaq pandeistlər kainatdan ayrı bir faktın varlığını qəbul etmirlər. Tanrı kainatla bir bütündür.