Portal:Tibb

redaktə  

"Medicus curat, natura sanat - Təbiət sağaldır, həkim kömək edir".



Tibb portalına
xoş gəlmisiniz!


redaktə  

Seçilən məqalə

Anesteziologiya(yunan. ἀν-an (inkar), yunan. αἴσϑησις- hisiyyat, lat. logos- elm) keyləşdirmə, ağrısızlaşdırma mexanizm, üsul və metodlarını öyrənən, tətbiq edən tibb sahəsi. Hesab edirlər ki, yunan filosofu Dioskorid ilk dəfə b.e.ə. I əsrdə mandraqorun narkotik təsirini təsvir etmək üçün anesteziya terminindən istifadə etmişdir. 1721 ci ildə universal etmioloji ingilis lüğətində (ing. Bailey`s) anesteziya "hissiyat qüsuru", Britaniya ensiklopediyasında (1771) "hissiyatdan məhrum olma" kimi göstərilir. Cərrahi əməliyyatların aparılmasına imkan verən yuxuya bənzər hal haqqındakı Oliver Uendel Holmsın (ing. Oliver Wendell Holmes) fikirləri bu sahəni elm kimi öyrənməyə və onu anesteziologiya termini ilə adlandırmağa səbəb olmuşdur. Müasir anesteziologiya elmini öz tədqiqat və tətbiqat dairəsini dahada genişləndirmişdir. 1989 cu ildə Amerika Anesteziologiya Şurası (ing. American Board of Anesthesiology) bu sahə üzrə mütəxəssislərin hazırlanması və onların sertifikatlandırılmasını irəli sürür. Bu ixtisas digər tibbi (cərrahiyyə, daxili xəstəliklər, pediatriya, akuşerlik, kliniki farmakologiya, fiziologiya, patologiya, biotibbi taxnalogizalar) ixtisas biliklərini özündə cəmləşdirərək, dərin bilik tələb etdiyinə görə unikallığı ilə seçilir.


redaktə  

Seçilən şəkil

Trepanation illustration France 1800s.jpg
Kəllə trepanasiyası


redaktə  

Dərman bitkiləri

Adi zirə — carum cinsinə aid bitki növü. Yoğun köklərə malikdir. Yerüstü gövdəsi şırımlıdır, yuxarı hissəsi budaqlıdır. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhtrayı rəngdədir. Meyvəsi dənəcikdən ibarətdir. Qeyd olunan rayonların subalp və alp çəmənliklərində; meşə açıqlıqlarında, çay kənarlarında zirə bitkisinə daha tez – tez təsadüf edilir. Qiymətli bitki olduğu üçün Azərbaycanın əksər rayonlarında çoxdan bəri becərilir. Elmi təbabətdə zirənin meyvəsindən istifadə olunur. Belə ki, meyvələri yetişənə az qalan vaxtda bitkinin yerüstü hissəsi çin və ya oraqla biçilib yığılır, sonra dərz bağlanır və bir müddət açıq havada qurudulub, tədarük məntəqəsinə göndərirlər. Burada qurudulmuş zirə otundan meyvələrini xırmanda döymək yolu ilə və ya xüsusi maşın vasitəsilə ayırıb təmizləyir, torbalara doldurub, aptek anbarlarına göndərirlər.


redaktə  

Dərmanlar

Piritramid (1-(3-tsiano-3,3-difenilpropil)-[1,4 -bipiperidin]-4-karboksamid; sinonimi: Dipidolor, Piridolan, Pirium) μ-reseptor aqonist sintetik opioid, cərrahi əməliyyatlar zamanı və xüsusən əməliyyat sonrakı ağrılara qarşı istifadə olunan güclü və sürətli təsirə malik narkotik ağrıkəsici. Piritramid 1960-cı ildə Paul Yanssen tərəfindən sintez olunaraq, 4- aminopiperidin törəməsi patenti altında klinikada tətbiq olunmağa başlanılmışdır. Preparat Avropa qitəsində xüsusilə Almaniyada geniş tətbiqini tapmış olsa da İngiltərə-Amerika dil arealında az tanınır. Analgetik qüvvəsi 0,7 olub, 15-20 mq pritramid təxminən 10-15 mq morfin ekvivalentindədir. Ürəkbulanma, qusma və tənəffüsün depressiyası kimi əlavə təsirləri morfinlə müqayisədə çox aşağıdır. Piritramid Almaniya və Avstriyada Dipidolor adı altında istehsal və istehlak olunur.


redaktə  

Bilirsinizmi

  • Süni qan dövranı aparatı - 1937-ci ildə amerikalı Con Gibbon ing. John Gibbon ekstrakorporal qan dövranını uğurla sınaqdan keçirmişdir.
  • Süni ürək - ilk dəfə 2 dekabr 1982-ci ildə Robert Yarvikə mənsub alm. Jarvik-7‎ modelli süni ürək Uat universitet klinikasında təqaüdçü diş həkimi Barney Klark (21 yanvar 1921 - 23 mart 1983) üzərində ürək cərrahı Uilyam De Vries tərəfindən aparılan yeddi saatlıq əməliyyat zamanı köçürülmüşdür.
  • Ebşteyn anomaliyası nadir anadangəlmə ürək qüsuru, üçtaylı qapaq anomaliyası, rastgəlmə tezliyi digər anadangəlmə ürək qüsurları ilə müqayisədə 1%-dir.
  • Fallo tetradasının yeganə müalicəsi cərrahi yolladır.
  • Spermatozoidin sürəti 0,1 mm/san və ya təqribən saatda 30 sm-dir. Insanda eyakulyasiyalı koitusdan 1-2 saat sonra spermatozoidlər uşaqlıq borularının, mayalanmanın baş verdiyi, ampulyar hissəsinə yetişmiş olurlar. İnsanın orqanizmində spermatozoidlər qeyri aktiv formada olurlar. Onların aktivliyi prostat şirəsinə qarışdıqdan sonra oradakı fermentlərin təsirindən baş verir. Onların qadın cinsiyyət yolundakı hərəkəti müstəqil şəkildə, maye axınının əks istiqamətində olur. Mayalanma üçün spermatozoid 20 sm məsafə (servikal kanal - 2 sm, uşaqlıq boşluğu - 5 sm, uşaqlıq boruları - 12 sm) qət etməlidir. İnsan orqanizmində spermotozoidlər yetişdiyi gündən başlayaraq 30-64 gün həyat qabiliyyətli olurlar. Eyakulyasiyadan sonra mühitdən asılı olaraq 24 saat sağ qala bilirlər. Uşaqlıq dəhlizində spermatozoidlər bir neçə saata məhv olurlar. Uşaqlıq boynunda, uşaqlıqdauşaqlıq borusunda 3 günə qədər sağ qala bilirlər.
  • Dalaq qanyaradıcı üzvlərin ən böyüyüdür; uzunluğu 10-12 sm, eni sm, qalınlığı 4 sm, çəkisi 150-200 q-dır. Zahiri şəkli qəhvə toxumuna bənzəyir, özü yumşaq və rəngi tünd qırmızıdır.
  • Akonit (lat. Aconítum, yun. Aconae - ox, oxlu) çoxillik, lat. Ranunculaceae fəsiləsindən olan zəhərli bitki, Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
  • Yetkin şəxsin canlı sümüyü kimyəvi tərkibcə 50%-i su, 28%-i üzvi və 22%-i qeyri-üzvi maddədən ibarətdir. Maserasiya olmuş (yağı alınmış, yumşaq toxumalardan ayrılmış qurudulmuş) sümük 33,3%-i üzvi və 66,7%-i qeyri-üzvi maddədən ibarətdir.


redaktə  

Tibbin şöbələri

A

C

D

E

F

G

H

İ

K

Q

L

M

N

O

P

R

S

T

U

Ü

V


redaktə  

Tibbi indekslər: Xəstəliklər • Simptomlar • Sindromlar • Dərmanlar • Terminlər • Müdaxilələr • Ləvazimatlar

0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


redaktə  

Hippokrat andı

Apollona - loğman Asklep, HigeyaPanakeya və bütün tanrıların şahidliyində and içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm: bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam; onun övladlarını özümə qardaş bilib, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəyəm; şifahi dərsləri və təbabət biliklərini öz və müəllimimim övladlarına və ancaq təbabət qaydalarına sadiq və həkim andı içən şagirdlərimə öyrədəcəyəm. Bunlardan başqa bir kimsəyə öyrətməyəcəyəm. Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil kömək üçün istifadə edəcəyəm. Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyim kimi, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Bunun kimi bir hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Sidik kisəsi daşından əziyyət çəkənləri yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəyəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm. İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlıyacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun.

Məqaləni oxu...



redaktə  

Təqvim


redaktə  

Mərhəmət

Fayl:Xocalı soyqırımı014.jpg

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Qətlə yetirilənlərin sayı 613 nəfər, bunlardan 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmiş, 487 yaralının 76-sı uşaqlar olmuş, 1275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.


redaktə  

Kateqoriyalar


redaktə  

Əlaqəli portallar


Tibb Vikixəbərdə  Tibb Vikisitatda  Tibb Vikikitabda  Tibb Vikimənbədə  Tibb Vikilüğətdə  Tibb Vikiversitetdə  Tibb Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar