Praqa | |
---|---|
Praha | |
50°05′15″ şm. e. 14°25′17″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | VIII əsr |
İlk məlumat | 965[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 235 m[4] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +420 2 |
Poçt indeksi | 100 00–199 00[6], 252 26[6], 252 28[6] |
Nəqliyyat kodu | A[7] |
Digər | |
praha.eu | |
Vikianbarda əlaqəli mediafayllar |
Praqa (çex. Praha, ing. Prague) — Çex Respublikasının paytaxtı.
31 dekabr 2007-ci il məlumatına əsasən əhalisi 1.212.097 nəfər (meqapolisdə 2.300.000 nəfər), sahəsi 496 km²-dir.[8]
Praqa zəngin tarixə və Roma, Qotika, İntibah və Barokko memarlıqlarına malikdir.Mərkəzi Avropanın siyasi, mədəni və iqtisadi mərkəzidir. Praqa, Bohemiya Krallığının paytaxtı və bir neçə Roma İmperatorlarının, xüsusən də IV Karlın (1346–1378-ci illər) iqamətgahı olmuşdur.[9]
Praqa, Habsburq monarxiyası və Avstriya-Macarıstan İmperiyası üçün əhəmiyyətli bir şəhər idi. Şəhər Bohemiya və Protestant İslahatlarında, Otuz İllik Müharibədə və 20-ci əsr tarixində Dünya Müharibələri ilə müharibədən sonrakı kommunist dövrü arasında Çexoslovakiyanın paytaxtı kimi böyük rol oynamışdır.[10]
Praqada bir çox tanınmış mədəni abidələr var, onların bir çoxu 20-ci əsr Avropasının təcavüz və dağıntılarından sağ çıxıb. Əsas görməli yerlərə Praqa qalası,Karl körpüsü, Praqa astronomik saatı olan Köhnə Şəhər Meydanı, Yəhudi Məhəlləsi, Petrin təpəsi və Vişehrad daxildir. 1992-ci ildən Praqanın tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Şəhərdə çoxsaylı teatrlar, qalereyalar, kinoteatrlar və digər tarixi eksponatlar ilə yanaşı ondan çox böyük muzey var. Geniş müasir ictimai nəqliyyat sistemi şəhəri birləşdirir. Burada Mərkəzi Avropanın ən qədim universiteti olan Praqadakı Çarlz Universiteti də daxil olmaqla bir çox dövlət və özəl məktəblər yerləşir.[11]
GaWC araşdırmalar mərkəzinə görə Praqa "Alfa-" qlobal şəhəri kimi təsnif edilir.[12]2019-cu ildə şəhər Mercer tərəfindən dünyanın 69-cu ən yaşana bilən şəhəri seçildi.[13]Elə həmin il PICSA İndeks şəhəri dünyanın 13-cü ən yaşana bilən şəhəri kimi qiymətləndirdi.[14] Zəngin tarixi onu məşhur turizm məkanına çevirdi və 2017-ci ilə qədər şəhər hər il 8,5 milyondan çox beynəlxalq ziyarətçi qəbul etdi. 2017-ci ildə Praqa London, Paris, Roma və İstanbuldan sonra Avropanın ən çox ziyarət edilən beşinci şəhəri olaraq siyahıya alındı.[15]