Silikon vadisi

Silikon vadisi
37°22′39″ şm. e. 122°04′03″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Silikon vadisi xəritədə
Silikon vadisi
Silikon vadisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Silikon vadisi və ya silisium vadisi ― Şimali Kaliforniyada (ABŞ) San-Fransisko ilə San-Xose arasındakı bölgənin adı. Hesablama texnikasının inkişafına önəmli təsir etmiş bir çox kompüter firmaları burada yerləşir. Kaliforniya ştatının Palo-Alto şəhəri rayonunda yarımkeçiricilərin istehsalının sürətlə inkişafını göstərmək üçün 1971-ci ildə "Electronic News" jurnalının müxbiri Don Höfler bu rayonu Silikon vadisi adlandırıb. Silikon vadisinin bazası Stenford Universitetində yerləşir. Kompüterlər üçün proqram təminatı buraxan, İnternet vasitəsilə mal və xidmətlər satan çoxlu müəssisələrin burada cəmləşməsini nəzərə alaraq son zamanlar bu regionu İnternet Vadisi də adlandırırlar.

Burada bir çox böyük şirkətin mərkəzi yerləşir: Intel, Cisco, Google, HP, Maxtor, Softway Solutions, Apple, Microsoft, Oracle, Nvidia, AMD, Facebook, Twitter, Mozilla,Yahoo!

Silikon Vadisi, 2014-cü ilin iyun ayında San Jose şəhərinə doğru cənub istiqamətində qarşı-qarşıya qalan Şimal-San Jose kənarından göründüyü kimi.
William Hewlett və David Packard 1938-ci ildə səsölçənlərini inkişaf etdirən Palo Alto-da "Silikon Vadisinin Doğulduğu" garajı (2016-cı ildə çəkilmiş)