Sinqapur

Sinqapur

Sinqapur Respublikası

Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Majulah Singapura  (dil?)
"İrəli, Sinqapur"
Himn: 
Majulah Singapura  (dil?)
"İrəli, Sinqapur"
Tarixi
 • Özünüidarə 3 iyun 1959
 • Malayziya razılaşması 16 sentyabr 1963
 • Sinqapur bəyannaməsi 9 avqust 1965
Rəsmi dilləri
Paytaxt Sinqapur
İdarəetmə forması Unitar dominant partiyalı parlamentli respublika
Prezident Tarman Şanmuqaratnam
Baş nazir Lourens Vonq
Sahəsi Dünyada 176-cı
 • Ümumi

733,1 km2

(283,1 kv. mil)[1] km²
 • Su sahəsi (%) 1,444 ± 0,001 %
Əhalisi
 • Əhali 5.453.6000[a] nəfər (115-ci)
 • Sıxlıq 7.804 nəf./km² (3-cü)
ÜDM (AQP)
 • Ümumi $701,804 milyard[3] dollar  (38-ci)
 • Adambaşına $131.580[3] dollar  (2-ci)
ÜDM (nominal)
 • Ümumi (2022) $424,431 milyard[3] dollar  (37-ci)
 • Adambaşına $79.576[3] dollar  (7-ci)
İİİ (2019) 0,938
Demonim Sinqapurlu
Valyuta Sinqapur dolları
İnternet domeni .sg
ISO kodu SG
BOK kodu SGP
Telefon kodu +65
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sinqapur, rəsmi adı ilə Sinqapur RespublikasıCənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsişəhər-dövlət. Qərbdə Malakka boğazı, cənubda Sinqapur boğazı, şərqdə Cənubi Çin dənizi və şimalda Cohor boğazı ilə həmsərhəddir. Ölkənin ərazisi bir əsas adadan, 63 kiçik adadan və bir kənar adadan ibarətdir; bu adaların ümumi sahəsi müstəqillik əldə edildikdən sonra həyata keçirilən geniş meliorasiya layihələri nəticəsində 25% artmışdır. Sinqapur əhali sıxlığına görə dünyada üçüncü yerdədir. Çoxmədəniyyətli əhaliyə malik olan Sinqapurda dörd rəsmi dil var: ingilis, malay, mandarintamil. İngilis dili linqva frankadır və bir çox dövlət xidmətləri yalnız ingilis dilində mövcuddur. Çox irqçilik konstitusiyada təsbit olunub və təhsil, mənzil və siyasət sahələrində milli siyasəti formalaşdırmağa davam edir.

Sinqapurun tarixi ən azı minilliklərə qədər uzanır. Tarixdə Tumasik [en] kimi tanınan dəniz emporiumu və sonradan ardıcıl olaraq bir neçə talassokratik imperiyaların əsas tərkib hissəsi olmuşdur. Müasir Sinqapur 1819-cu ildə Stemford Rafflz tərəfindən Britaniya imperiyasında ticarət limanı kimi qurulmuşdur. 1867-ci ildə Cənub-Şərqi Asiyadakı koloniyalar yenidən təşkil edildi və Sinqapur Streyts-Setlmentsin [en] bir hissəsi olaraq Britaniyanın birbaşa nəzarəti altına keçdi. Sinqapur İkinci Dünya müharibəsi zamanı 1942-ci ildə Yaponiya tərəfindən işğal edildi və 1945-ci ildə Yaponiyanın təslim olmasından sonra ayrı bir tac koloniyası olaraq Britaniyanın nəzarətinə qayıtdı. 1959-cu ildə özünüidarə hüququ qazandı və 1963-cü ildə Malay, Şimali BorneoSaravakla birlikdə Malayziyanın yeni federasiyasının bir hissəsi oldu. Sinqapur 1965-ci ildə suveren dövlət oldu.

  1. "Environment". Base. 19 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2022.
  2. "Population and Population Structure". Singstat. Department of Statistics Singapore. 14 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2018.
  3. 1 2 3 4 "World Economic Outlook Database, April 2022". IMF.org. International Monetary Fund. 19 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2022.
  4. 1 2 3 4 153A // Constitution of the Republic of Singapore. 1965.
  5. http://chartsbin.com/view/edr.


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı