Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Tayvan | |
---|---|
çin. 臺灣, 台湾, Táiwān | |
Ümumi məlumatlar | |
Sahəsi | 36178 km² |
Uzunluğu |
|
Eni | 144 km |
Hündür nöqtəsi | 3.952 m |
Əhalisi | 23,069,345 nəfər (2011-ci il) |
Yerləşməsi | |
23°46′ şm. e. 121°00′ ş. u.HGYO | |
Ölkə | Çin Respublikası |
Şəhər | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tayvan — (Çincə: 臺灣 ya da 台灣, pinyin: táiwān) həmçinin Formosa adıyla da tanınır. Tayvan Sakit okeandan və Çinin şərq sahilindən 150 km uzaqlıqda yerləşən bir adadır. Beynəlxalq siyasi və iqtisadi baxımdan Çin Respublikasına aiddir. Mərkəzin coğrafi koordinatları - 23 ° 30 '. w., 121 ° 00 'şərq. İdarəetmə formasına görə respublikadır. Pul vahidi Tayvan yuanıdır. 16 dairə və 5 bələdiyyədən ibarətdir. Qaosyun, Tayçjun, Tszilun, Pindun və Yualin böyük şəhərləri hesab olunur. Əhalisi 22,2 mln nəfərdir. Ticarət tərəfdaşları ABŞ, Yaponiya, Almaniya, Avstraliya, Sinqapur və Çindir. İxracatında əsas yer tutan məhsullar elektrik avadanlığı və elektronikadır. İdxalı isə neft plastik kütlələr, dəqiq alətlər, saatlar və sairədən ibarətdir. Ən böyük şəhəri və paytaxtı Taybeydir. Bu şəhərdə metallurgiya, maşınqayırma, radioelektrotexnika, neftayırma, sement, kimya, toxuculuq sənaye sahələri inkişaf etmişdir.