Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Telefon (q.yun. τῆλε — uzaq, φωνή — səs) — səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazıdır.
Müasir dövrdə əsasən GSM yaxud UMTS standartı ilə işləyən mobil telefonlardan və stasionar ev telefonlarından geniş istifadə edilir. İctimai istifadə üçün də əsasən əhalinin gur olduğu yerlərdə qoyulan taksofonlar da yayılmışdır.
Bütün telefonlar danışmaq üçün mikrofona və səsi eşitmək üçün qulaqcığa malikdirlər. Mikrofon səs dalğalarını elektrik siqnallarına çevirir, daha sonra bu siqnallar telefon xətti vasitəsilə digər tərəfdəki telefona ötürülür. Həmin telefonun qulaqlıqı bu siqnalları qəbul edərək onu yenidən səs dalğalarına çevirir və digər tərəfdəki insanın danışdığı şəxsin sözlərini anlamağa imkan yaradır. Telefon dupleks kommunikasiya sistemi hesab olunur, belə sistemlərdə hər iki tərəfdəki insanlar eyni vaxtda danışa bilirlər. Qlobal telefon şəbəkəsi avtomatlaşdırılmış telefon stansiyaları vasitəsilə birləşdirilən telefon xətləri, optik lif kabelləri, mikrodalğa ötürücüləri, kommunikasiya peykləri və sualtı telefon xətlərindən ibarətdir. Bu şəbəkə dünyanın istənilən nöqtəsindəki bir telefonu digəri ilə bağlamağa şərait yaradır. Hər bir telefon onu təyin edən bir telefon nömrəsinə sahibdir.
Telefonun insan orqanlarına ziyanı-İnsanın bədəniniə və dərisində şüaqaytarıcı hormonlar mövcuddur və bu hormonlar 8saat aktivdir.Əgər gün ərzində 8saatdan artıq telefona baxılarsa bu zaman göz altı qaralması və s. Xəstəliklər əmələ gələ bilər