Texnologiya

Korpusu açılmış buxar turbini. Belə turbinlər bu gün istifadə olunan elektrik enerjisinin böyük hissəsini istehsal edir. Elektrik enerjisi istehlakı və həyat standartları yüksək nisbətdədir.[1]

Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm [2]) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir.

Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi.

Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefoninternetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib.

Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir. Yeniliklər həmişə cəmiyyətin dəyərlərinə təsir göstərmiş və texnologiya etikasında yeni suallar doğurmuşdur. Buna misal olaraq insan məhsuldarlığı baxımından səmərəlilik anlayışının yüksəlişini və bioetikanın problemlərini göstərmək olar.

Texnologiyanın insan vəziyyətini yaxşılaşdırması və ya pisləşməsi ilə bağlı fikir ayrılıqları, texnologiyadan istifadə, və bağlı fəlsəfi mübahisələr yaranıb. Neo-Lüddizm, anarxo-primitivizm və bu kimi mürtəce hərəkatlar texnologiyanın geniş yayılmasını tənqid edir, onun ətraf mühitə zərər verdiyini və insanları özündən uzaqlaşdırdığını iddia edir ancaq transhumanizm və texno-proqressivizm kimi ideologiyaların tərəfdarları davamlı texnoloji tərəqqi cəmiyyət və insan vəziyyəti üçün faydalı hesab edirlər.

  1. Electricity in economic growth : a report. Washington, D.C: National Academy Press. 1986. doi:10.17226/900. ISBN 978-0-309-03677-1. OCLC 45734143. 2014-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  2. Liddell, Henry George; Scott, Robert. A Greek-English Lexicon (Abridged). United Kingdom: Oxford University Press. 1980. ISBN 978-0-19-910207-5.