Traktat

Traktat (yun. traktus - mühakimə) — antik dövrdən başlayaraq müəyyən mövzuda yazılan elmi əsərlər. Ənənəvi olaraq ədəbiyyat nəzəriyyəsi və fəlsəfəyə aid əsərlər də belə adlandırılmışdır.

Eyni sözdən yaranmış "traktovka" termini də rus dili vasitəsilə Azərbaycan dilinə keçmişdir. Bu termin ədəbi əsəri yozmaq, mənalandırmaq, şərh etmək mənasında işlənir. Orta əsrlərdə traktatları nəzmlə yazmaq ənənəsi var idi, bunlar poetik traktatlar adlanırdı. Sayılırdı ki, şeir dili ağılın daha yüksək və zərif ifadə formasıdır.[1]

  1. Rəhim Əliyеv. Ədəbiyyаt nəzəriyyəsi. – Bаkı: Mütərcim, 2008. – 360 səh.