UNESCO

YUNESKO
UNESCO, ONUÉSC
United Nations Educational, Scientific and Cultural Organization
Organisation des Nations unies pour l'éducation, la science et la culture
Loqonun şəkli
Yaranma tarixi 16 noyabr 1945
Rəsmi dili
Mərkəzi
Fəaliyyət göstərdiyi yer Nyu-York, Doha, Kabil, Delft, Qahirə, Paris
Sədr Odri Azulay
en.unesco.org
fr.unesco.org
es.unesco.org
ru.unesco.org
ar.unesco.org
zh.unesco.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, TəhsilMədəniyyət üzrə ixtisaslaşmış qurumudur.

Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.

UNESCO-nun nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 194 ölkəsi bu təşkilatın üzvüdür.

UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.

1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir.

Bu Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir. Türkiyə bu sənədi imzalayan ilk iyirmi dövlət arasındadır. (UNESCO Nizamnaməsi, Türkiyədə 20 may 1946 tarixli və 4895 saylı qanunla təsdiq edilmişdir).

Mərkəzi Parisdə olan və Ümumi Konfrans, İcra Şurası, Katiblik olmaqla üç ali orqanı olan UNESCO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, özünə üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır.