Uruqvay

Uruqvay
República Oriental del Uruguay
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"Libertad o Muerte"
(isp. "Azadlıq və ya ölüm")
Himn: Uruqvay Şərq Respublikasının himni
Uruqvay Şərq Respublikasının himni
Tarixi
 • Braziliya İmperiyasından ayrılması 25 avqust 1825
Rəsmi dilləri
Paytaxt Montevideo-1 630 min sakin (2009-cu il)
İdarəetmə forması Prezident respublikası
Prezident Luis Alberto Lacalle Pou [1.III.2020~ ]
Vitse-Prezident Beatríz Argimón [1.III.2020~ ]
Sahəsi Dünyada 91-ci
 • Ümumi 176220 km²
 • Su sahəsi (%) 1,5
Əhalisi
 • Əhali 3 500 min nəfər (135-ci)
 • Siyahıyaalma (1.IX.2011) 3,286,314[1] nəf.
 • Sıxlıq 19 nəf./km² (198-ci)
ÜDM (AQP)
 • Ümumi $56,3 milliard[2] dollar  (94-cü)
 • Adambaşına $16 500[2] dollar  (80-ci)
ÜDM (nominal)
 • Ümumi (2014) $58.569 bilyon[2] dollar
 • Adambaşına $17,204[2] dollar
İİİ (2012) 0.792 (artış[3]; 51-ci)
İnternet domeni .uy
ISO kodu UY
BOK kodu URU
Telefon kodu +598
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Uruqvay

Uruqvay (isp. Uruguay) və ya rəsmi adı ilə Uruqvay Şərq Respublikası (isp. República Oriental del Uruguay) — Cənubi Amerikada dövlət. Uruqvay Cənubi Amerikanın cənub tərəfində yerləşir. Qərbdə Argentina, şimal və şərqdə Braziliya ilə həmsərhəddir. Cənubda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Montevideo şəhəri, ümumi sahəsi 176,215 kvadrat kilometr, əhalisinin sayı 3,449,000(2018) nəfərdir. Uruqvay Latın Amerikasında Surinamdan sonra ən kiçik ikinci ölkəsi hesab olunur.

1680-cı ilə qədər ölkədə Portuqallar tərəfindən Sakramento koloniyası yaradılana qədər ərazidə çox az sayıda yerli insan yaşayırdı. Montevideo şəhəri XVIII əsrin əvvəllərində İspanlar tərəfindən hərbi mərkəz kimi yaradılmış və bölgənin bütün işlərini buradan aparılması planlaşdırılmışdı. Uruqvay 1811-1828-ci illər aralığında davam edən (Argentina-Braziliya müharibəsi) və dörd dövlətə qarşı aparılan (İspaniya, Portuqaliya, ArgentinaBraziliya) azadlıq mübarizəsinin nəticəsində 1828-ci ilin 28 avqustunda Montevideo sülh müqaviləsi imzalanmış və bununla da öz müstəqilliyini əldə etmişdir.

Ölkə ərazisində saxlanılan xarici hərbi qarnizon XX əsrin sonlarına qədər Uruqvayın daxili işlərinə bir başa müdaxilə etmək imkanına sahib oldu. Modern Uruqvay hal-hazırda Konstitusiyalı Respublika olaraq prezident (Xose Muxika) tərəfindən idarə olunur. Prezident dövlətin və hökumətin başçısı sayılır. Uruqvay hazırlanan analitik araşdırmalarda tez-tez Latın Amerikasının iqtisadi baxımdan ən inkişaf etmiş və həyat səviyyəsinin ən yüksək olduğu ölkələrindən biri kimi göstərilir.

  1. Resultados del Censo de Población 2011: población, crecimiento y estructura por sexo y edad Arxivləşdirilib 2014-02-09 at the Wayback Machine ine.gub.uy
  2. 1 2 3 4 "Uruguay". International Monetary Fund. 28 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2012.
  3. "Human Development Report 2013" (PDF). United Nations Development Programme. 14 March 2013. 8 July 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 March 2013.