Utilita

Utilita (ing. utility və ya tool) — dar çərçivədə spesifik vəzifələr yerinə yetirən, aparat təminatını və operasiya sistemləri imkanlarını genişləndirən kompyüter proqramı.

Utilita parametr, tənzimlənməni və quraşdırmanı təmin edir və ya onları yerinə yetirilməsini avtomatıaşdırır. Utilitalar çox zaman operasiya sistemləri tərkibinə daxil edilirlər.