Şərəfinə adlandırılıb | Venera | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Orbital xarakteristikası | |||||||||
Afelisi | 108 939 000 km 0,728213 AV | ||||||||
Perigelisi | 107 477 000 km 0,718440 AV | ||||||||
Periapsidi | 107.476.002.161,25 m, 107.476.259 km | ||||||||
Apoapsidi | 108.941.836.897,31 m, 108.942.109 km | ||||||||
Böyük yarımoxu | 108 208 000 km 0,723332 AV | ||||||||
Orbitinin ekssentrisiteti | 0,006772[1] | ||||||||
Sinodik fırlanma dövrü | 50.450.688 san. | ||||||||
Orta anomaliyası | 0,87 radian[2] | ||||||||
Əyilməsi | 0,059248 radian, 0,059 radian, 0,038 radian[3] | ||||||||
Qalxan milinin uzunluğu | 1,338316 radian[3] | ||||||||
Perisentr arqumenti | 2,296896 radian[3] | ||||||||
Nəyin peykidir | Günəş | ||||||||
Özünə xas ekssentrisitet | 0,00677672[3] | ||||||||
Fiziki xarakteristikaları | |||||||||
Orta radiusu | 6,0518 ± 1,0 km 0,9499 Yer radiusu[4] | ||||||||
Qütb sıxılması | 0 | ||||||||
Səthinin sahəsi | 4,6023 × 108 km2 0,902 Yer sahəsi | ||||||||
Həcmi | 9,2843 × 1011 km3 0,866 Yer həcmi | ||||||||
Kütləsi | 4,8675 × 1024 kq 0,815 Yer kütləsi[5] | ||||||||
Orta sıxlığı | 5,243 q/sm³ 0,95 Yer sıxlığı | ||||||||
8,87 m/s2 0,91 Yer qravitasiyası | |||||||||
224,701 gün 0,615198 il[6] | |||||||||
Ekvatorial fırlanma sürəti | 35,02 km/san | ||||||||
Oxunun maililiyi | 177,36°[6] | ||||||||
Şimal qütbünün meyllənməsi | +67° 09′ 0″[2] | ||||||||
Albedo | 0,77 (bond albedosu) 0,689[6] (geometrik albedo) | ||||||||
Temperatur | 464 °C[7] | ||||||||
| |||||||||
−4,8[2] | |||||||||
Atmosfer | |||||||||
Atmosfer tərkibi | Karbon dioksid 96,5 % Azot 3,5 % Kükürd dioksid 0,015 % Arqon 0,007 % Su buxarı 0,002 % Karbon monoksid 0,0017 % Helium 0,0012 % Neon 0,0007 % | ||||||||
Venera, köhnəlmiş adı Zöhrə[8] — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur.[9] Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər.[10][11] Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır.
Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir. Venera Yer tipli dörd planetin 96%-i karbon dioksid olan ən sıx atmosferinə sahibdir. Planetin atmosfer təzyiqi Yerdəki atmosfer təzyiqindən 92 dəfə daha çoxdur. Bu göstərici Yerdə suyun 900 m dərinliyində olan təzyiq göstəricisinə uyğun gəlir. Venera Günəş sisteminin ən isti planetidir. 462 °C-yə çatan səth istiliyi ilə Günəşə daha yaxın olan Merkuridən belə daha istidir. Venera səthinin birbaşa görünməsinə əngəl olan sulfat turşularının sıx bulud təbəqəsi ilə örtülmüşdür. Planetin keçmişdə su okeanlarına sahib olduğu düşünülür,[12][13] ancaq istixana effektinin təsiri ilə su tədricən buxarlanmışdır.[14] Ehtimal olunur ki, su fotoliz prosesinə məruz qalıb və planetin maqnit sahəsinin olmaması səbəbindən sərbəst hidrogen Günəş küləyinin təsiri ilə planetlərarası boşluğa yayılıb.[15] Veneranın səthi lövhə bənzəri qayalarla örtülmüş quru səhra kimidir və səthi püskürən vulkanlar səbəbindən daima yenilənir.
Səmadakı ən parlaq göy cisimlərindən biri olan Venera yazılı qeydlərin olduğu dövrlərdən bu yana mədəniyyətdə mühüm yer tutmuşdur. Venera çoxlu qədim mədəniyyətdə müqəddəs ilah kimi qəbul olunmuş, şair və yazıçılara səhər ulduzu, axşam ulduzu kimi adlarla ilham qaynağı olmuşdur. Venera e.ə. II minillik kimi erkən tarixdə hərəkətləri müəyyənləşdirilən ilk planetdir.[16]
Yerə ən yaxın planet olan Venera planetlərarası ilk kəşflər üçün ən önəmli hədəf olmuşdur. 1962-ci ildə Mariner 2 kosmik gəmisinin etdiyi səfər başqa planetə edilmiş ilk kosmik səfərdir. Həmçinin 1970-ci ildə Venera 7 kosmik gəmisi ilə ilk dəfə başqa bir planetin səthinə enilmişdir. Veneranın qalın buludları səthinin görünməsinə əngəl olduğu üçün 1991-ci ildə Magellan kosmik gəmisinin səfərinə qədər planetin səthinin detallı təsvirləri yoxdu. Planeti daha dərindən öyrənmək üçün mürəkkəb missiyalar və roverlərin göndərilməsi kimi planlar təklif olundu, ancaq planetin sərt təbii şəraiti buna əngəl oldu.