Videooyun konsolu

Videooyun konsolu (ing. Video game console) — bir və ya bir neçə insanın oynaya biləcəyi bir videooyunu nümayiş etdirmək üçün video siqnal və ya vizual şəkil çıxaran elektron cihaz.

"Videooyun konsolu" termini ilkin olaraq, istehlakçıların videooyun oynamaq üçün istifadə etdikləri konsol maşınlarını arkada maşınları və ya ev kompüterlərindən ayırd etmək üçün yaradılmışdır. Arkada maşını böyük bir şassinin daxilində yerləşən videooyun kompüterindən, displeyindən, kontrollerindən (coystik, düymələr və s.) və spikerlərdən ibarət olur. Ev kompüterləri evdə istifadə edilmək üçün dizayn edilmiş çoxməqsədli bir şəxsi kompüterdir. Ev kompüterlərindən mühasibat, internetə daxiloma və ya videooyun oynamaq üçün istifadə etmək olar.

Ümumsənayə standart formatlarından istifadə edən mediapleyeraudiopleyerlər kimi bənzər istehlakçı elektronikasında fərqli olaraq, videooyun konsolları sahibkar formatlarından istifadə edir. Bu formatlar bazarda bir-birləri ilə rəqabət aparırlar. Videooyun konsollarının da bir neçə növü var. Bunlara ev videooyun konsolları, portativ oyun konsolları, mikrokonsollar, xüsusiləşdirilmiş konsollar və başqaları daxildir. Ralf Bayerin 1966-cı ildə fəaliyyət göstərən ilk oyun konsolunu hazırlamasına baxmayaraq, onların məşhurlaşması 1972-ci ilə – "Pong" arkada oyununun satışa çıxarıldığı tarixə təsadüf edir. Video konsolları 1990-cu illərdə və 2000-ci illərdə keçirdiyi təkamül prosesinin bir nəticəsi olaraq, onlar CD-pleyer, DVD-pleyer, Blu-ray Disc-pleyer, veb-brauzerrəqəmsal televiziya qəbuledicisi kimi müxtəlif funksiyalar təklif edir.