Windows 8 | |
---|---|
Yaradıcı | Microsoft |
İstehsalçı | Microsoft |
ƏS ailəsi | Windows NT |
Bazası | Windows 7, Windows NT |
Buraxılış tarixi | 26 oktyabr 2012[1] |
Son versiya | 6.2.9200 — 26 oktyabr 2012 — 6.3.9600 — 17 oktyabr 2013 |
Yenilənmə tezliyi | İldə bir dəfə |
Yenilənmə üsulu | Windows Update, Windows Store |
Dəstəklənən dillər | Çox dilli |
Dəstəklənən platformalar | x86, x64, ARM |
İnterfeys | Metro UI |
Lisenziya | EULA |
Vəziyyəti | Aktual deyil |
Veb-saytı | Rəsmi saytı |
Vikianbarda əlaqəli mediafayllar |
Windows 8 — Microsoftun yaratdığı əməliyyat sistemi. Windows 8 Microsoft şirkətinin fərdi kompüterlər üçün istehsal etdiyi əməliyyat sistemidir.
Windows 8 26 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır. Əməliyyat sisteminin planşet versiyasının birinci və ən gözəçarpan dəyişikliyi onun interfeysidir. Hazırda interfeysdə adət etdiyimiz "Start" düyməsi yoxdur, işçi masası isə klassik Windows -dan daha çox Windows Phone-a bənzədilir. Windows 8-də yüklənmə sürətini yüksəltmək, sistemin gözləmə rejimdən çıxma vaxtını azaltlmaq, enerji sərfiyyatı effektivliyini artırmaq, eləcə də personal kompüter istehsalçılarına, öz kompüterlərini əvvəlcədən qurulmuş əməliyyat sistemi ilə daha keyfiyyətli uyğunlaşdırmaq imkanı verən yeni alətlər təqdim edib. Windows 8 əməliyyat sisteminin final versiyasında qacetlər, yəni işçi masanın üzərində olan, informasiya və ya alətlərə qısa yol olan mini proqram əlavələri yoxdur. Əməliyyat sistemində iki yeni arxitektura dəstəklənir: SoC ("çip üzərində sistem" – System on a Chip) və ARM-dən gedir. Portativ qurğular üçün nəzərdə tutulmuş hər iki arxitektura ənənəvi "x86" platformasına nisbətən daha kiçik enerji sərfiyyatı və maya dəyəri ilə fərqlənir. Microsoft şirkətinin hesablamasına görə, Windows 8 əməliyyat sistemi istifadəyə verildikdən 3 gün sonra onun 4 milyondan çox surəti satılıb.