Windows Phone

Windows Phone
Loqonun şəkli
İstehsalçı Microsoft
Yazılma dili C++, C, C#
Son versiya
  • 8.10.15148.160
Yenilənmə üsulu Wi-Fi
Dəstəklənən platformalar ARM[d]
Lisenziya istifadəçi razılaşması[d]
Veb-saytı microsoft.com/windowspho…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Windows Phone (WP) — smartfonlar üçün Microsoft tərəfindən Windows Mobile[1][2]Zune-un[3] əvəzinə yaradılmış mobil əməliyyat sistemləri ailəsi idi və artıq fəaliyyəti dayandırılıb.[4] Windows Phone Metro dizayn dilindən ilhamlanaraq yeni bir istifadəçi interfeysi təqdim edirdi. Windows Mobile-dan fərqli olaraq, WP ilk növbədə istehsal bazarına deyil, istehlak bazarına yönəlmişdi.[5]

Windows Phone 7 ilk dəfə 2010-cu ilin oktyabr ayında təqdim edildi.[6] 2012-ci ildə WP 8 çıxdı və WP 7-nin Windows CE əsaslı kerneli dəyişdirilərək (xüsusilə Windows 8-dən olan komponentlərlə) PC-lərdə istifadə olunan Windows NT kerneli ilə əvəzlədi. Bu dəyişiklik səbəbindən əməliyyat sistemi əvvəlki WP 7 cihazlarına uyğun gəlmirdi, lakin tətbiqlərini hələ də dəstəkləyirdi. 2014-cü ildə Microsoft WP 8.1 yeniləməsini çıxardı. Həmçinin Cortana adlı ağıllı assistenti və Windows Runtime platformasını təqdim etdi. Bu platforma Windows PC-lər və WP-lər arasında platformlararası tətbiqləri yaratmağa imkan verdi.[7]

2015-ci ildə Microsoft Windows 10 Mobile-ı təqdim etdi. Bu PC ilə inteqrasiya və birləşmə imkanı təqdim edən bir platforma idi. Cihazları xarici ekran və ya docking stansiyası kimi tanıtmaq mümkün idi. Bunun sayəsində interfeys PC kimi göstərilə bilirdi. Microsoft PC-lər üçün yeni əməliyyat sistemi olan Windows 10-a fokuslanmaq üçün Windows Phone-u dayandırdı. Ancaq texniki baxımdan WP davam etdi və seçilmiş WP 8.1 cihazlara yeniləmələr təqdim edirdi.

Microsoft platfoma üçün olan yatırımlarını Nokia ilə olan tərəfdaşlığı ilə daha da genişləndirdi. "Nokia"nın Lumia seriyası xüsusilə Lumia 520 2013-cü ildə Windows Phone cihaz satışlarının əksəriyyətini təşkil etdi.[8] Microsoft Nokia-nın mobil cihaz bölümünü 7 milyard dollardan çox bir məbləğə alaraq öz tərkibinə daxil etdi. Bundan sonra Nokia-nın o zamankı CEO-su Stiven Elop da Microsoft-a qoşuldu və şirkətin mobil bölməsinin rəhbəri oldu.

Android və iPhone-lar hələ də ən üstün platformalar kimi qalırdı. Buna görə də mobil tətbiq proqramçılarının Windows Phone-a olan marağı azaldı.[9] Microsoft 2016-cı ildə [10] Microsoft Mobile-ın işçilərini işdən azad etdi və Nokia-nın alınması ilə əlaqədar olaraq 7.6 milyard ABŞ dolları zərər etdiyini açıqladı.[11] Həmin dövrdə WP-nin bazar payı 1% -ə qədər düşdü.[12] Bu səbəbdən Microsoft AndroidiOS ilə inteqrasiyaya önəm verməyə başladı[13]. Beləliklə 2017-ci ildə Windows 10 Mobile-ın aktiv inkişafını dayandırıldı.[14]

  1. Koh, Damian. "Q&A: Microsoft on Windows Phone 7". CNET Asia. CBS Interactive. February 18, 2010. February 21, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 3, 2010.
  2. Ziegler, Chris. "Microsoft talks Windows Phone 7 Series development ahead of GDC: Silverlight, XNA, and no backward compatibility". Engadget. AOL. March 4, 2010. December 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2011.
  3. Bell, Donald. "Zune services going global with Windows phone". CNet. 16 February 2010. 14 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2023.
  4. Reilly, Claire. "Windows 10 Mobile gets its final death sentence". CNET. 2017-10-08. 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-09.
  5. Bright, Peter. "Windows Phone 7 Series in the Enterprise: not all good news". Ars Technica. Condé Nast Digital. March 16, 2010. December 8, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 20, 2010.
  6. Hollister, Sean. "Microsoft prepping Windows Phone 7 for an October 21 launch? (update: US on Nov. 8?)". Engadget. AOL. September 26, 2010. June 29, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 29, 2010.
  7. Warren, Tom. "Windows Phone 8.1 includes universal apps and lots of feature updates". The Verge (ingilis). 2014-02-11. 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-28.
  8. Rivera, Jaime. "Nokia owns 90% of the Windows Phone market share". PocketNow. 18 October 2013. November 16, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 28, 2020.
  9. Warren, Tom. "Windows Phone has a new app problem". The Verge (ingilis). 2015-10-23. 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  10. Warren, Tom. "Microsoft lays off hundreds as it guts its phone business". The Verge (ingilis). 2016-05-25. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  11. Warren, Tom. "Microsoft writes off $7.6 billion from Nokia deal, announces 7,800 job cuts". The Verge (ingilis). 2015-07-08. 2021-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  12. Warren, Tom. "Windows Phone market share sinks below 1 percent". The Verge. May 23, 2016. October 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 25, 2023.
  13. Warren, Tom. "Microsoft is embracing Android as the mobile version of Windows". The Verge (ingilis). 2018-10-03. 2019-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-28.
  14. Reilly, Claire. "Goodbye, Windows 10 Mobile, tweets Joe Belfiore". CNET (ingilis). 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-28.