Yaponiya

Yaponiya
yap. 日本国
Nippon-koku
Bayraq Gerb
Bayraq Gerb
Endless discovery, Y Darganfod Diddiwedd
Himn: Kimiqayo (君が代?)
Tarixi
 • Milli Yaranma Günü E.ə. 11 fevral 660[1]
 • Meyci Konstitusiyası 29 noyabr 1890
 • İndiki konstitusiya 3 may 1947
 • San-Fransisko sülh müqaviləsi 28 aprel 1952
Rəsmi dilləri
Paytaxt Tokio
İdarəetmə forması Unitar parlamentli konstitusiyalı monarxiya
İmperator Naruhito
Baş nazir Shigeru Ishiba
Sahəsi Dünyada 62-ci
 • Ümumi 377972[2] km²
 • Su sahəsi (%) 0.8
Əhalisi
 • Əhali 125,373,634[3] nəfər (10-cu)
 • Siyahıyaalma (2020) 126,226,568[4] nəf.
 • Sıxlıq 330 nəf./km² (44-cü)
ÜDM (AQP)
 • Ümumi $6,456 trilyon[5] dollar  (4-cü)
 • Adambaşına $49,044[5] dollar  (36-cı)
ÜDM (nominal)
 • Ümumi (2022) $4.409 trilyon[5] dollar  (3-cü)
 • Adambaşına $33,822[5] dollar  (28-ci)
İİİ (2021) 0.925 (artış; 19-cu)
Valyuta Yapon yeni
İnternet domeni .jp
ISO kodu JP
BOK kodu JPN
Telefon kodu +81
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][6]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 Nippon-koku və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi KoreyanınRusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dəniziTayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır.

Yaponiya 14.125 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, KyuşuŞikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin TokioYokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır.[7] Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir.

Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Yaponiya haqqında məlumat verən ilk mənbə I əsrə aid olan Çin tarixi mətnləridir. Digər regionlardan, xüsusilə Çindən böyük təsir, həmçinin izolyasiya dövrü, daha sonra Qərbi Avropanın təsiri Yaponiya tarixini xarakterizə edir. XII əsrdən 1868-ci ilə qədər Yaponiya imperatorun naminə fəaliyyət göstərən feodal şoqunlar tərəfindən idarə olunmuşdur. Yaponiya XVII əsrin əvvəllərində uzun müddət davam izolyasiya dövrünə daxil olmuş, bu izolyasiya 1853-cü ildə ABŞ donanmasının Yaponiyaya Qərbi Avropaya açılması barədə təzyiq etməsinə qədər davam etmişdir. Təxminən 20 il davam edən daxili konfliktdən və üsyandan sonra 1868-ci ildə İmperator Meyci ölkənin hökmdarı olmuş və Yaponiya imperiya, imperator isə xalqın müqəddəs simvolu elan edilmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində — Yaponiyanın hərbi gücünün artdığı dövrdə Birinci Çin-yapon müharibəsi, Rus-yapon müharibəsiBirinci Dünya Müharibəsində əldə olunmuş qələbələr Yaponiyaya imperiya ərazisini genişləndirməyə imkan yaratmışdır. 1937-ci ildə baş vermiş İkinci Çin-yapon müharibəsi 1941-ci ildə İkinci Dünya Müharibəsinin bir hissəsinə çevrilmiş, lakin Yaponiya İmperiyasının müharibəyə qatılması 1945-ci ildə HiroşimaNaqasaki şəhərlərinə atom bombalarının atılması, sonda isə məğlub olması ilə nəticələnmişdir. 1947-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri Yaponiya imperator və seçkilərlə seçilmiş qanunverici orqan — Yaponiya parlamenti tərəfindən idarə olunan unitar, konstitusiyalı monarxiyaya malik ölkədir.

Yaponiya BMT, G7, G8G20-nin üzvüdür. Yaponiya böyük gücdür.[8][9][10] Yaponiya nominal ÜDM-ya görə dünyanın ən güclü 4-cü, alıcılıq gücünün tarazlığına görə isə dünyanın ən güclü 3-cü iqtisadiyyatına malikdir. Dövlət həm də dünyanın ən böyük 5-ci ixracatçısı və dünyanın ən böyük 5-ci idxalçısıdır. Yaponiya rəsmi olaraq müharibə elan etməmək istədiyini konstitusiyasında göstərsə də, Yaponiya dünyanın ən böyük 8-ci hərbi büdcəsinə malikdir[11] və silahlı qüvvələrindən ancaq özünü və sülhü qorumaqda istifadə etdiyini bildirir. Yaponiya yüksək yaşayış normasına və İnsan İnkişafı İndeksinə malik inkişaf etmiş ölkədir, əhali yüksək yaşayış imkanlarından yararlanır. Ölkə körpə ölümünün ən az müşahidə olunduğu 3-cü ölkədir.[12][13][14] Yaponiya Ölkə Brend İndeksində 1-ci,[15] Qlobal Sülh İndeksində isə Asiya ölkələri arasında 1-ci yerdədir.[16]

  1. Əfsanəyə görə Yaponiya bu tarixdə ölkənin ilk imperatoru hesab olunan Cimmu tərəfindən qurulmuşdur.
  2. "Japan Statistical Yearbook 2010" (PDF). Statistics Bureau. səh. 17. Archived from the original on 2016-01-24. İstifadə tarixi: 6 yanvar 2016.
  3. "U.S. and World Population Clock". United States Census Bureau. 30 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2016.
  4. "最新結果一覧 政府統計の総合窓口 GL08020101". Statistics Bureau of Japan. 10 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2016.
  5. 1 2 3 4 "World Economic Outlook Database, April 2016 – Report for Selected Countries and Subjects". International Monetary Fund (IMF). 20 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2016.
  6. http://www.2pass.co.uk/japan.htm.
  7. Wendell Cox. "LARGEST 1,000 CITIES ON EARTH: WORLD URBAN AREAS: 2015 EDITION". 2 fevral 2015. 2016-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2016.
  8. "The Seven Great Powers". American-Interest. 2019-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2016.
  9. T. V. Paul, James J. Wirtz, Michel Fortmann. Balance of Power. United States of America: State University of New York Press, 2005. 2005. 59, 282. ISBN 0-7914-6401-6. 2019-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26. Accordingly, the great powers after the Cold War are Britain, China, France, Germany, Japan, Russia, and the United States p.59
  10. Baron, Joshua. Great Power Peace and American Primacy: The Origins and Future of a New International Order. United States: Palgrave Macmillan. January 22, 2014. ISBN 1-137-29948-7.
  11. "SIPRI Yearbook 2012–15 countries with the highest military expenditure in 2011". Sipri.org. 2010-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2016.
  12. "WHO Life expectancy". World Health Organization. June 1, 2013. August 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2016.
  13. "WHO: Life expectancy in Israel among highest in the world". Haaretz. May 2009. 2015-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2016.
  14. "Table A.17" (PDF). United Nations World Population Prospects, 2006 revision. UN. 2007-09-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 yanvar 2016. (#apostrophe_markup)
  15. "FutureBrand | News | FutureBrand launches the Country Brand Index 2014–15". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-07.
  16. Institute for Economics and Peace (2015). Global Peace Index 2015. Arxivləşdirilib 2015-10-06 at the Wayback Machine Retrieved 5 October 2015