Ziqmund Freyd

Ziqmund Freyd
alm. Sigmund Freud
Doğum adı Sigismund Schlomo Freud
Doğum tarixi 6 may 1856(1856-05-06)[2][3][…]
Vəfat tarixi 23 sentyabr 1939(1939-09-23)[4][5][…] (83 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qırtlaq xərçəngi[d]
Dəfn yeri
  • Qolders-Qrin krematoriyası[d]
Həyat yoldaşı Martha Bernays (m. 1886)
Uşaqları
Atası Yakob Freyd
Anası Amaliya Nathanson
Elm sahələri psixoanaliz[1], nevrologiya[1]
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
Tanınmış yetirmələri Alfred Adler
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ziqmund Freyd (Almanca tələffüz: [ˈziːɡmʊnt ˈfʁɔʏt]), doğma adı ilə Sigismund Şlomo Freyd (6 may 1856[2][3][…]23 sentyabr 1939[4][5][…], London, Birləşmiş Krallıq[7][8]) — psixoanaliz elminin banisi olan avstriyalı nevroloq.

Miliyyətcə yəhudidir. Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient (yaxud "analisand") və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır.

Freyd psixoanaliz nəzəriyyəsini yaradarkən uşaqlıq proseslərini özündə ehtiva edən Edip kompleksi anlayışını psixoanalizin mərkəzinə qoydu.[9] Yuxuları istək doyumu yeri kimi qəbul edərək, yuxuları araşdıraraq xəstələrinin simptomlarının formalaşması və basdırılmış emosiyaları haqqında tapıntılar əldə etmişdir. Bunu əsas götürdüyü şüursuzluq nəzəriyyəsində id, eqo və supereqonu özündə birləşdirən psixi quruluş modelini irəli sürdü.[10] Bundan əlavə, Freyd libidonun, zehni proseslərə təsir edən və erotik bağlar quran seksual impulsiv enerjisini təyin etdi. O, kompulsiv təkrarlama, nifrət, aqressiyanevrotik günahın mənbəyi kimi təqdim etdiyi başqa bir anlayış olan ölüm instinktini izah etmişdir.[11] Yaradıcılığının sonrakı illərindəki əsərlərində dinmədəniyyətlə bağlı geniş şərhlər və tənqidlər dərc etmişdir.

Diaqnostik və klinik təcrübələrə müraciəti azalmış psixoanaliz; psixologiya, psixiatriya və psixoterapiyada və ümumiyyətlə humanitar elmlərdə öz təsirini davam etdirir. Davamlı təsiri sayəsində müalicədəki funksiyası, elmi mövqeyi, feminizmə töhfə və ya zərər verməsi kimi mövzularda geniş və səs-küylü müzakirələrə səbəb olur.[12] Bununla belə, Freydin yaradıcılığı müasir Qərb fəlsəfəsinə və populyar mədəniyyətinə təsir göstərmişdir. 1940-cı ildə yazdığı elegiyasında W. H. Auden Freydin "müxtəlif həyatlara təsir edən bütöv bir düşüncə mühiti" yaratdığını bildirdi.[13]

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118535315 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Sigmund Freud // KulturNav (ing.). 2015.
  4. 1 2 Фрейд Зигмунд // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. 1 2 Sigmund Freud // Nationalmuseum. 1792.
  6. Kindred Britain.
  7. 1 2 http://www.tandfonline.com/doi/full/10.1080/10481885.2014.911601.
  8. 1 2 Freud, Sigmund, 1856-1939 // Olomouc City Library regional database (çeş.).
  9. Mannoni, Octave. Freud: The Theory of the Unconscious (ingilis). Verso Books. 2015-06-09. ISBN 978-1-78168-894-6.
  10. "Id, Ego, & Superego | Freud & Examples" (ingilis). 2024-01-25. 2023-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-02.
  11. Mannoni, Octave. Freud: The Theory of the Unconscious (ingilis). Verso Books. 2015-06-09. ISBN 978-1-78168-894-6.
  12. "The Challenge to Psychoanalysis and Psychotherapy". 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-02.
  13. Poets, Academy of American. "In Memory of Sigmund Freud by W. H. Auden - Poems | Academy of American Poets". Poets.org (ingilis). 2016-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.